Britaniyalı jurnalist Dom Fillips və "Guardian" qəzeti ilə əməkdaşlıq edən braziliyalı mütəxəssis Bruno Pereyranın itkin düşməsindən bir həftə keçib.
Ednews xəbər verir ki, araşdırma nəticəsində polis cütlüyün şəxsi əşyalarını tapa bilib. Bildirilib ki, sözügedən insanları yoxa çıxmazdan bir neçə gün əvvəl naməlum şəxslər hədələyiblər.
Qeyd edək ki, jurnalist Fillips və Pereyra iyunun 5-də kitab üçün araşdırma apardıqları Amazon tropik meşəsində yoxa çıxıblar.
Polis Fillipsin çəkmələrini, bel çantasını, Pareyranın isə şəxsiyyət vəsiqəsini və paltarlarını tapdıqlarını açıqlayıb.
Nəzrin Beydiyeva