ABŞ alimləri hər gün çay içən insanların içməyənlərə nisbətən ölüm riskinin daha az olduğunu aşkar ediblər.
Ednews "Allthatinteresting"-ə istinadən xəbər verir ki, araşdırma 2006-2010-cu illərdə çaydan çox istifadə edən britaniyalılar arasında araşdırmalar aparılıb.
ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) alimləri Böyük Britaniyanın “Biobank” məlumat bankından istifadə edərək 2006-2010-cu illər arasında 40-69 yaş arasında olan 498.043 nəfər arasında “çay içmə vərdişləri” ilə bağlı sorğu keçiriblər.
Sorğunun nəticəsi 2022-ci ilə qədər izlənilib. Nəticəyə əsasən gündə ən azı iki dəfə çay içən insanların ölüm riskinin 9-13 faiz daha az olduğu məlum olub.
Nəzrin Beydiyeva