Belçikada ədliyyə üzvləri məhbus kimi yaşamağın necə bir hiss olduğunu anlamaq üçün könüllü olaraq paytaxt Brüsselin Haren bölgəsində yeni tikilən həbsxanada iki gün həbsdə yatıblar.
Ednews "NTV"-yə istinadən xəbər verir ki, Belçikanın ədliyyə naziri Vinsent Van Kukkenborn açıqlamasında layihənin nazirliyin təşəbbüsün ilə həyata keçirildiyini deyib. Layihədə ədliyyə orqanlarının üzvləri, o cümlədən cinayət işləri üzrə hakimlər, prokurorlar də iştirak ediblər.
"Əlbəttə, hakimlər həbsxanada işlərin necə getdiyini bilirlər, lakin bunu şəxsən yaşamaq onlara hər şeydən xəbərdar olmağa imkan verir",- Kukkenborn bildirib.
Nəzrin Beydiyeva