Atatürkün dəfnində iştirak edən, Cümhuriyyətin ən gənc naziri Həyat tarixçəsi

Maraqlı 12:09 01.11.2022

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri Mustafa bəy Vəkilovun vəfatından 57 il keçir.

Ednews onun həyatı haqqında məqaləni təqdim edir:

Mustafa bəy Nadir oğlu Vəkilov 1896-cı ildə sentyabr ayında Azərbaycanın Qazax mahalında anadan olmuşdur. O, Bakı gimnaziyasını bitirərək, 1912-ci ildə Moskva Universitetinin hüquq fakultəsinə daxil olmuş və həmin dövrdən öz doğma xalqının milli – azadlıq mübarizəsində yaxından iştirak etməyə başlamışdır. Mustafa bəyin siyasi dünyagörüşünün formalaşmasında onun əmisi Məmməd Rza Vəkilovun və yaxın qohumu Əlimərdan bəy Topçubaşovun böyük təsiri olmuşdur.

1917-ci ilin aprelində Bakıda çağırılmış Qafqaz müsəlmanlarının qurultayında, Kiyevdə ukraynalı professor Qruşevskinin rəhbərliyi altında keçirilmiş qeyri – rus millətlərin qurultayında, mayda isə Rusiya müsəlmanlarının Moskva qurultayında fəal iştirak etmişdir. Onun Bakı mətbuatında aktual siyasi və ictimai hadisələrlə əlaqədar xeyli məqaləsi çap olunmuşdur. M. Vəkilov həmin ildə açılması nəzərdə tutulan Rusiya parlamentinə Azərbaycandan millət vəkili seçilmişdir.

Mustafa bəy universitetdə azərbaycanlı tələbələrin həmyerlilər təşkilatının başçılarından biri idi.

M. Vəkilov 1917-ci il noyabrın 15-də yaranmış Zaqafqaziya Komissarlığında daxili işlər komissarı A. İ. Çxengelinin məsləhətçisi vəzifəsini icra etmişdir. O, bundan başqa Zaqafqaziya seymində müsəlman fraksiyasının fəal üzvlərindən biri idi. 1918-ci il 28 may tarixində Azərbaycan öz istiqlaliyyətini elan edəndən sonra həmin ilin iyununda Məhəmməd Əmin Rəsulzadə başda olmaqla 4 nəfər nümayəndə heyəti siyasi danışıqlar üçün Türkiyəyə İstanbulda keçirilən konfransa getmişdir. Bu nümayəndə heyətinə Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski daxil idilər. Onlar özləri ilə 4 məsləhətçi aparmışdılar. O məsləhətçilərdən biri Mustafa bəy Vəkilov idi. Beynəlxalq hüququ gözəl bilən Mustafa bəy Türkiyənin ali dövlət rəhbərləri ilə olan görüşlərində Əlimərdan bəy Topçubaşovun yanında yer almışdır. 1918-ci ilin sentyabrında Daxili İşlər Nazirliyində işləyən M. Vəkilov dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə üzv seçilmişdir. O, 1919-cu ilin dekabrında "Türk Ədəmi-mərkəziyyət firqəsi Müsavat"ın ikinci qurultayında yenidən MK üzvü seçilmişdir. M. Vəkilov Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin 23 dekabr 1919-cu ildə təşkil etdiyi ikinci hökumət kabinəsində Daxili İşlər nazirinin müavini vəzifəsini icra etməyə başlamışdır.

Həmçinin 1918-ci ildə Mustafa bəy Vəkilov Osmanlı sultanı ilə görüşmüşdür.

1920-ci il fevralın 18-də iyirmi üç yaşlı M. Vəkilov Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin olunmuşdur. O, hökumətin ən gənc naziri idi. Azərbaycanın istiqlaliyyətini ilk qoruyanlardan biri olmuş ictimai-siyasi xadim M. Vəkilov ilk növbədə Nazirliyə peşəkar hüquqşünas kadrlar yığmağa çalışırdı, bu işdə ona müavini Şəfi bəy Rüstəmbəyli yaxından kömək etmişdir. Daxili İşlər naziri vəzifəsini Məmmədhəsən Hacınskidən qəbul edən M. Vəkilov onu zəifləməyə qoymamış, əksinə inkişaf etdirmiş, nazirliyin strukturlarını təkmilləşdirməyə nail olmuşdur. Özünü doğrultmağı bacaran M. Vəkilov bir sıra erməni qiyamlarının yatırmağa nail olmuş, provakasiyaların, ixtişaşların qarşını almışdır.

Onun nazirliyi dövrü Cümhuriyyətin ən çətin dönəminə düşür. 1920-ci ilin martın 22-də Novruz bayramı günündə Şuşa və onun ətrafında ermənilər qiyama qalxırlar. Parlament bununla bağlı toplantı keçirir, Daxiliyyə naziri kimi Mustafa bəyin hesabatı dinlənilir.

Mustafa bəy hesabatda bildirir:

"Silahlı ermənilər Şuşada əsgərlərimizə hücum edib, bir neçə zabiti həbs edib, əsgərlərə atəş açıb. Bir tərəfdən bayram münasibətilə xalq evlərində istirahət etdiyi, digər tərəfdən camaat belə xəyanət və hücum gözləmədikləri üçün hadisə olduqca qəfil olub. Buna baxmayaraq Şuşadakı əsgəri hissələrimiz onların başlarında duran zabitlər qəhrəman bir surətdə onların hücumunu dəf edə bilib”.            "

Hesabatdan aydın olur ki, ermənilərin bu hücumları yalnız Şuşada deyil, Xankəndində və Əsgəranda da olub:

"Onlar yalnız Əsgəranı işğal edə bilmişlər. Ələ keçən sənədlərdən və vəsiqələrdən məlum olur ki, bu fitnə hazırlığını yerli əhali nəinki öz təşəbbüsü ilə etmiş, bəlkə kənardan gəlmiş qüvvələr bunu hazırlamışlardır. Şuşa şəhərində erməni ziyalı sinfi onların arxasınca getməmişlərdir. Başqa köylərdə də əhali asilərə qoşulmaq istəməmişlər. Fəqət, üsyançılar onları zor ilə kəndilərinə tabe etmişlərdir. Qarabağda müvəqqətən pozulmuş intizam və qaidə bu yaxınlarda düzələcəkdir. Hökumət bu xüsusda ciddi və qəti tədbirlər görmüş və görməkdədir. Yaxın günlərdə bu üsyan təsviyyə ediləcəkdir”.

1938-ci ildə Mustafa Kamal Atatürk vəfat edir. Dünyanın müxtəlif ölkələrindən cənazə törəninə qatılanlar olur. Eləcə də, Sovet İttifaqı nümayəndəlik göndərir. Atatürkün ölümü mühacirətdəki azərbaycanlıları da kədərləndirir. Mustafa Vəkiloğlu "Mücahit" jurnalında yazdığı "Böyük Atatürk" adlı məqaləsində o günləri belə xatırlayırdı: "Qara xəbər duyulan kimi dostlarla İstanbulda toplandıq. Hamımız çox kədərli, pərişan və çaşqın bir halda idik. İçimizdə ən yaşlımız əski vəkillərimizdən olan rəhmətlik Xəlil bəy Xasməmmədli ağlayırdı".

Mustafa bəy Vəkilov Dolmabaxça sarayına gedərək xatirə dəftərinə azərbaycanlılar adından başsağlığı yazır, sonra cənazə kortejinə qatılmaq üçün müraciət edir, lakin rədd cavabı alır:

"Cənazə kortejində iştirak edəcək rəsmi Sovet heyətinin yanında bir də sizin - Azərbaycan millətçilərinin bir heyət halında qatılması təəssüf ki, imkansızdır".

Ankara ilə əlaqə yaradan M. Vəkilov fikrini belə əsaslandırır:

"Atatürk bütün türklərin milli qəhrəmanıdır. Onun cənazəsində iştirak etməkdən bizi məhrum etmək böyük bir haqsızlıq olar və bütün azərbaycanlıları qəlblərindən yaralamış olarsınız.               "

Nəhayət, Vəkilov icazəni ala bilir və dəfndə iştirak edirlər. M. Vəkilov yazır: "Sabahın çox erkən saatlarında Dolmabaxça sarayının önünə gəldik, kortejdəki yerimizi aldıq. İstanbul Universitetindən olan iki azərbaycanlı gəncimiz "Yaralı azərbaycanlılar" yazılı çələngimizi daşıyırdılar, arxalarından əski vəkillərimizdən rəhmətlik doktor Xosrov bəylə mən yürüyürdük. Sabahkı İstanbul qəzetlərindən biri "canlılığı və gözəlliyi ilə gözə çarpan çələnglərdən biri də azərbaycanlıların çələngi idi" deyə yazmışdı".

Mustafa bəy Vəkilov 1965-ci il noyabrın 1-də 69 yaşında Ankarada vəfat etmişdir. Ankarada dəfn olunmuşdur.

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Hamısı