Xəbər verdiyimiz kimi, ötən gün BMT dünya əhalisinin 8 milyardı ötdüyü açıqlanıb.
Ednews xəbər verir ki, Manilanın Tondo şəhərində doğulan qız uşağı dünyanın simvolik olaraq səkkiz milyardıncı insanı hesab edilir.
Belə ki, Vinice Mabansag, yerli vaxtla saat 1:29-da Dr Jose Fabella Memorial Xəstəxanasında anadan olub.
Körpə ilə anasının fotoları Filippinin Əhali və İnkişaf Komissiyasının “Facebook” səhifəsində yerləşdirilib.
Bildirilib ki, bir milyard insanın dünya əhalisinə əlavə olunması 12 il çəkib.