Yaponiya Elm və Texnologiya Agentliyi Yaponiyanın İnzibati İslahatlar Naziri Taro Konanın kiber əkizini istifadəyə verib.
Ednews xəbər verir ki, bu barədə Yaponiyanın “EurekAlert” portalı məlumat yayıb və bildirib ki, kiber əkiz təkcə insanın adi robot surəti deyil, həm də fiziki və əqli imkanlara malik ən yaxşı nüsxəsidir.
Klonlaşdırılmış nazir tədqiqatçılara insanların kiberəkizə münasibətini və klonun real insanı əvəz etmək qabiliyyətini anlamağa kömək edəcək.
Taro Kona, klonunu uzaqdan idarə edərək, özünün yerinə klonu sosial fəaliyyətlərdə iştirakına imkan yaradacaq.
Buna baxmayaraq, tədqiqatçılar 2050-ci ilə qədər bədən, beyin, məkan və zaman məhdudiyyətlərini aradan qaldıraraq, qarşılarına azad bir cəmiyyət qurmaq vəzifəsi qoyublar.
Rəna Mürşüd