Amerikalı müğənni-bəstəkar, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Bob Dilanın 42 məktubdan ibarət kolleksiyası hərracda demək olar ki, 670 min dollara satılıb.
Ednews gazeta.ru-ya istinadən xəbər verir ki, Portuqaliyanın məşhur “Lello” kitab mağazası onların yeni sahibi olub.
Bildirilib ki, mağaza 150 səhifəlik poçt arxivini Dilanın pərəstişkarları və alimlərin istifadəsinə vermək niyyətindədir.
Satılan məktublar 1957-1959-cu illəri əhatə edir və Dilanın (o vaxt Zimmerman kimi tanınırdı) məktəbdə tanış olduğu Barbara Enn Hyüitt adlı qıza ünvanlanıb.
Dilanın məktublarını 2020-ci ildə qadın vəfat etdikdən sonra onun qızı aşkar edib.