Bunu Baş nazirin müavini, infrastruktur və energetika naziri Belinda Balluku ölkə parlamentində “Azərbaycan Hökuməti ilə Albaniya Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsini təqdim edərkən deyib.
Ednews xəbər verir ki, Albaniyanın diplomatik nümayəndəliyi Bakıda olacaq.
Azərbaycanda səfirliyin açılması xərcləri Albaniya Xarici İşlər Nazirliyinin 2023-cü il üçün büdcəsi hesabına ödəniləcək. Sənəd 2023-cü il martın 1-dən qüvvəyə minib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 2022-ci il noyabrın 18-də Azərbaycanın Albaniyada (Tirana şəhərində) səfirliyinin yaradılması haqqında qanun imzalayıb.
Xəyal