"Tüklərim biz-biz oldu". Demək olar ki, əksəriyyətimiz bu ifadəylə tanışıq. Bəs, adətən qorxduğumuzda və ya üşüyərkən söylədiyimiz deyimin arxasındakı elmi bilmək istəyirsiniz? İlk olaraq bu duyğuları yaşadığımız zaman bədənimizdə baş verən hadisələrdən danışaq.
Qorxduğumuz an əcdadlarımızdan gələn “mübarizə apar və ya qaç” instinktiv reaksiyası sayəsində bədənimizdə adrenalin hormonu ifraz olunur.
Bu hormon beynimizin təhlükəli vəziyyətlərdən qaçmaq üçün ifraz etdiyi gizli müdafiə silahıdır. Ona görə də üşüdükdə adrenalin ifraz olunur. Çünki soyuqluq bədən istiliyinin aşağı düşməsi deməkdir və bu da bədən üçün çox təhlükəlidir.
İstər qarşımızda nəhəng bir ayı olsun, istər hovuzdan çıxanda dərimizə dəyən soyuq, bədənimiz hər zaman eyni reaksiyanı verir. Çünki ciddilik fərqlərinə baxmayaraq, təhlükə təhlükədir. Təhlükə anlarında adrenalin hormonu ifraz olunduğu zaman əzələlərə oksigen axını artırır ki, onlar daha effektiv istifadə olunsun. Hətta adrenalin ifraz olunanda da bədənimizdə daha az ağrı hiss edirik. Beləliklə, zədə alsaq belə, qaçmağa davam edə bilərik.
Bəs bütün bunların tüklərimizlə nə əlaqəsi var? Dediyimiz kimi, bədənimiz əzələlərimizə diqqət yetirir ki, bu da bizə təhlükə anında hərəkət etmək imkanı verir. Bədənimizdəki hadisələr əzələlərimizdən maksimum səmərəli istifadə etməyimizi istəyir. Bu da dərinin alt tərəfindən uzanan tüklərimizin dərinin yuxarı tərəfində dik durmasına səbəb olur.
Min illər əvvəl yaşamış əcdadlarımız araşdırmalar nəticəsində bizdən çox tüklü olublar. Və bu tüklərin qorxu anında biz-biz olması onları təhlükəli heyvanın qarşısında daha böyük ölçüdə göstərirdi. Onlar bu yolla həmin heyvana bir növ hədə-qorxu gəlirdilər. Tüklərimizin bu funksiyası minlərlə il ərzində uyğunlaşma nəticəsində azalıb bizim üçün əhəmiyyətini itirsə də, bir vaxtlar əcdadlarımız üçün həyat elementi olub. Əslində heyvanların əksəriyyəti bu gün də qorunmaq üçün bu üsuldan istifadə edirlər.
Nəzrin Eldarqızı