“Meteohəssas insanlara xəbərdarlıq edilir”, başlıqlı hava proqnozu ilə bağlı ifadəni tez-tez eşidirik. Amma çox vaxt buna əhəmiyyət belə vermirik. Deyilənə görə, havanın qəfil dəyişməsi, bu cür insanların səhhətinə pis təsir edir.
Bəs meteohəssas ifadəsi kimlərə aiddir ?
Ednews-a danışan psixoloq Tariyel Faziloğlunun sözlərinə görə, ümumiyyətlə meteohəssas insanlar daha çox emosional olur.
“Bu insanlar erkən doğum yaşayanlar, uşaq vaxtı güclü qızdırma keçirən, psixoloji cəhətdən zəif olanlar meteohəssas insan qrupuna daxildir. Hava şəraiti ciddi bir şəkildə onların psixologiyasına təsir edir. Meteohəssas insanlar 3 ayrı faktora bölünür.
1.Sağlıq durumlarında psixoloji amil təsir edən insanlar
2.Psixologiyası immunitetə təsir edən meteohəssas insanlar
3.Xarakterik tip olaraq özlərini günahkar hiss edən, özlərini qurban verməyə çalışan daha çox emosional baxımdan həssas olan insanlar
Psixoloq həmçinin onu da qeyd etdi ki, uşaq vaxtı güclü qızdırma keçirən şəxs daha çox zəif olur. Həmin insanlar tez-tez emosionallıq yaşayır. Yağış yağanda depressiya, külək əsəndə yalnızlıq, günəşli hava pozitiv enerji verir.
Necə edək ki, fəsil və hava dəyişməsində əhvalımız və ruh halımız korlanmasın?
“Təəssüf ki, insanlar hərşeydə məna axtarır. Ona görə meyilli olurlar hər situasiyanı, hər əlaməti mənalandırmağa. On görə havanın dəyişməsi onlarda məna axtarmaq ehtiyacını doğurur. Bu kimi hallarda onların müəyyən psixoloji durumuna təsir göstərir. Amma qəbul etməlidirlər ki, havanın dəyişməsinin onların həyatında, psixologiyasında önəmli bir rolu yoxdur”.
Aynurə İsmayılqızı