İspaniyalı kişi varlanmaq və digər ölkələrdə yaşayış icazəsi almaq üçün bir neçə ay ərzində iki qadınla evlənib.
Ednews gundem.az-a istinadən xəbər verir ki, kişi əvvəlcə Kolumbiya əsilli, sonra isə Qvineya sakini ilə evlənib.
İstintaqın məlumatına görə, kişi qadınlarla münasibət qurmayıb və maddi maraq üçün nikaha razılaşıb. Eyni zamanda, o, keçmişdə də sui-istifadə və cinsi təcavüzə görə mühakimə olunub.