Yaponiyanın Hamamatsu şəhərindəki Ensheim çimərliyində naməlum obyekt aşkarlanıb.
Ednews Daiichi TV-yə istinadən xəbər verir ki, diametri bir yarım metr olan metal topa görə polis əraziyə girişi məhdudlaşdırıb.
Şübhəli obyekti tapan sakin yerli vaxtla saat 08:45 radələrində polisə zəng edərək məlumat verib.
Polis çimərliyə girişi bağlayıb. Əraziyə gələn mütəxəssislər topu araşdırmağa başlayıblar. Obyektin fotoşəkilləri Yaponiya Özünümüdafiə Qüvvələri və sahil mühafizəsi mütəxəssislərinə də göndərilib.
Hələki naməlum obyekt barəsində heç bir rəsmi açıqlama yoxdur.
Leyla