Polşada arxeoloqlar 17-ci əsrə aid qəbir aşkarlayıblar.
Ednews “The Daily Mail”-ə istinadən xəbər verir ki, qəbirdən boynuna oraq keçirilmiş, ayağının baş barmağına isə qıfıl vurulmuş cəsəd qalıqları tapılıb. Bu, onun "vampir qadın"a məxsus skelet olması iddiasını gündəmə gətirib.
Belə ki, qədimdə ifritə və ya vampir kimi tanınan insanlar öldükdə guya ölümdən dönmələrinin qarşısını almaq üçün basdırılarkən bu cür xüsusi tədbirlər görürdülər.
İnanca görə, qəbirdən tapılan oraq ölü canlandığı təqdirdə onun boynunu kəsəcək, barmağındakı qıfıl isə əvvəlki dünyaya geri qayıtmasının qarşısını alacaqdı.
Arxeoloqların fikrincə, qadına vampir deyilməsinin səbəbi dişlərinin forması olub. Ön dişi digər dişlərinin üzərində olan qadına sıradan insanlar kimi münasibət göstərmək inanca görə “böyük günah” sayılıb.
Törə Zeynallı