Fotoqrafiya yunan dilində foto - işıq, qrafo - yazıram, çəkirəm deməkdir və bu sənətin tarixi qədim dövrlər aiddir.. Xüsusi zəhmət çəkmədən və tez zamanda istənilən rəsmi çəkmək, insanın, mənzərənin və s. əks etdirmək həmişə insanları maraqlandırmışdır.
Ednews fotoqrafiyanın tarixi haqqında məqaləni təqdim edir.
Bazar ertəsi, 19 avqust 1839-cu ildə fotoqrafiyanın doğulduğu gün kimi tanınır. Bu gün, əslində, bu yeni ixtira parislilərə Elmlər Akademiyasında təqdim edildi. Fotoqrafiya tarixinin bu mərhələsində onlar görüntüdə müəyyən bir anı çəkmək və düzəltmək imkanını verən qaranlıq bir otağın sirlərini kəşf etdilər.
Dünya tarixində ilk şəkil fransız Jozef Nisefor Nyeps tərəfindən çəkilmiş və ağ-qara rənglərdən ibarət olmuşdur. Nyeps helioqrafiya adlı bir texnika yaratdı və bundan dünyanın ən qədim fotoşəkli olan “Le Gras pəncərəsindən mənzərə”ni (View from the Window at Le Gras,1827) yaratmaq üçün istifadə etdi.
İlk insan fotoşəkli fransız rəssamı və kimyaçısı Lui Jak Mande Daqerin evinin pəncərəsindən çəkdiyi şəkildirş. Aşağı sol küncdəki adam ilk insan fotoşəklinin qəhrəmanıdır.
İlk müharibə fotoşəkili 1847-ci ildə Meksika-Amerika müharibəsi zamanı Çarlz J. Betts tərəfindən çəkilmişdir.
Yer kürəsinin ilk fotoşəkli 1968-ci ildə Apollon 8 tərəfindən çəkilmişdir.
İlk rəngli fotoşəkili şotlandiyalı fizik Ceyms Klerk Maksvell tərəfindən çəkilib. Fotoqraf ağ-qara şəkli 3 müxtəlif filtrdən keçirərək rəngli vəziyyətə gətirib.
Müasir fotoqrafiyaya gəldikdə isə, bu sahə olduqca inkişaf edir və fərqli perspektivlər qazanır. İndiki dövrdə gənclər kreativ sahə hesab edilən fotoqrafiyaya yeni nəfəs gətirmiş, hətta müxtəlif mədəniyyətləri birləşdirən fotolar ərsəyə gətirirlər.
Mehri Ağayeva