ABŞ-ın Milli Kosmos Agentliyinin (NASA) “InSight” zondunun Marsda zəlzələ zamanı əldə etdiyi məlumatları araşdıran elm adamları bu planetin qabığının ortalama 45-56 kilometr qalınlığında olduğunu müəyyən ediblər.
Ednews xəbər verir ki, Marsın qabığının Yer kürəsinin qabığından təxminən 70 faiz qalın olduğu açıqlanıb.
“InSight” 2022-ci ilin mayında Marsda baş verən və 6 saatdan çox davam edən 4.7 bal gücündə zəlzələ qeydə alıb. Zəlzələnin Marsın qabığını üç dəfə dövr etdiyi müəyyən edilib. Bu məlumatlardan istifadə edərək, Sürix Universitetinin (İsveçrə) seysmoloqu Doyen Kim və komandası planetin qabığının qalınlığını ölçüb.
Sözügedən zəlzələ ilə bağlı açıqlama verən Kim deyib: “Bu zəlzələni yaşadığımız üçün həqiqətən şanslıyıq”.
Tədqiqatçılar müəyyən ediblər ki, Marsın qabığı təkcə Yer və Ayınkından daha qalın deyil, eyni zamanda, bütün “Qırmızı” planetdə eyni ölçüdə deyil.
Oğuz