1912-ci ildə Atlantik okeanının sularına qərq olmuş məşhur Titanik gəmisində olan sərnişinlərdən birinə aid məktub hərraca çıxarılıb.
Ednews The Guardina-a istinadən xəbər verir ki, məktub uruqvaylı Ramon Artaqavitia Qomes tərəfindən 1912-ci ildə qardaşı Adolfoya ünvanlanıb. Məktub 12 min dollardan başlayan qiymətlə hərraca çıxarılacaq.
Birinci dərəcəli sərnişinlər arasında yer alan 71 yaşlı sənayeçi məktubunda gəminin dəbdəbəsini təsvir edib, keyfiyyətinə heyran qaldığını bildirib. “Burada hər şey yeni və möhtəşəmdir”, - Qomes qardaşına yazdığı məktubda belə qeyd edib.
Titanik 1912-ci ildə ilk səyahətindəcə aysberqlə toqquşub və batıb. Göyərtədə olan 1500 sərnişin və ekipaj üzvləri həlak olub. Gəminin qalıqları 1985-ci ildə Kanada sahillərindən 650 km aralıda, Atlantik okeanda tapılıb. O vaxtdan bəri xəzinə ovçuları və turistlər bu qalıqları görməyə axışırlar.
Məktub üç əlyazma vərəqindən ibarətdir. "Qardaşım Adolfoya sevgilərlə”, - məktubun üzərində bu sözlər yazılmışdı.
İyunun 30-da Uruqvayın paytaxtı Montevideoda keçiriləcək hərracda təklif olunan məktub və açıqçanın dəyəri 15 minlə 25 min dollar arasında qiymətləndirilir.
Törə Zeynal