SpaceX və Tesla-nın qurucusu İlon Maskın Ukrayna prezidenti Volodimir Zelenski ilə bağlı paylaşımı gündəm olub.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, milyarder bu yaxınlarda Zelenskinin Qərb ölkələrindən tələb etdiyi maliyyə yardımını ələ salıb. O, paylaşımında proqram vasitəsilə Zelenskinin üzünü montaj etdikdən sonra ona belə şərh yazıb:
"5 dəqiqə əvvəl olmasına baxmayaraq, 1 milyard dollar yardım istədi".
Tvit ukraynalılar və Aİ ölkələrinin nümayəndələri tərəfindən tez bir zamanda böyük ajiotaja səbəb olub.
Xəyal Ramiz