Elm adamları yeni inkişaf etdirdikləri materialla həm günəşdən, həm də hidrogendən faydalanmağın qapısını açıblar.
Ednews yeniakit nəşrinə istinadən xəbər verir ki, Lüdviq Maksimilian Universitetinin (LMU) tədqiqatçıları bu yaxınlarda günəş enerjisindən daha səmərəli istifadə etmək üçün əsaslı addım atdıqlarını açıqladılar.
LMU tədqiqatçıları günəş enerjisindən istifadədə inqilab yarada biləcək yüksək performanslı nanostrukturları inkişaf etdirmək üçün nanotexnologiyanın mürəkkəb dünyasını araşdırıblar. Nəticədə iki ölçülü superkristal material ortaya çıxdı. Bu, günəş enerjisindəki kritik problemləri həll etməklə yanaşı, hidrogen istehsalına da mühüm keçid təmin edir.
Günəş işığını tutmaq və ondan enerji hasil etmək çox çətin bir prosesdir. Əvvəla, günəş işığı yerə seyrək formada gəlir, buna görə də bir sahəyə düşən enerji nisbətən azdır. Adi günəş panelləri böyük səthləri örtməklə bu problemi həll edir.
Komandanın yeniliyi günəş enerjisini cəmləşdirən miniatür maqnitlər kimi fəaliyyət göstərən plazmonik nanostrukturlardadır. Komanda qızıl kimi plazmonik metaldan 100-200 nanometr diapazonunda hissəciklər yaratdıqlarını deyir. Bu miqyasda görünən işıq qızılın elektronları ilə çox güclü qarşılıqlı əlaqədə olur və onların rezonansla salınmasına səbəb olur.
Komandanın hazırladığı patentləşdirilmiş material yalnız daha səmərəli hidrogen istehsalını vəd etmir, həm də CO2-nin istifadə edilə bilən maddələrə çevrilməsi kimi digər reaksiyalarda potensial tətbiqlərə qapı açır.
Xəyal Ramiz