Rusiyanın ilk elektrik avtomobili "Amber" adlanır.
Ednews cumhuriyyet nəşrinə istinadən xəbər verir ki, sosial media istifadəçiləri Moskva Universitetinin tələbələri və alimləri tərəfindən hazırlanan yeni avtomobilin Fiatın 1990-cı illərdə istehsal etdiyi Multipla model avtomobili qədər çirkin olduğu qənaətindədir.
“Tesla qatili” ləqəbli və ördək balası ilə müqayisə edilən və tamamilə Rusiyada dizayn edilərək istehsal edilən dizaynın çirkinliyi xüsusilə sosial mediada ələ salınıb.
Amber adlı elektromobillər Qərbin sanksiyalarından əvvəl Kia, BMW və Ford kimi xarici avtomobillərin yığıldığı Kalininqrad vilayətindəki Avtator zavodunda istehsal olunacaq.
Avtator 2008-ci ilə qədər dünyanın ən böyük avtomobil istehsalçıları və montajçılarından biri idi. Bir çox brendlərin idarə etdiyi şirkət Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bağlanıb.
Dizaynı ələ salanlar arasında ukraynalı sosial şəbəkə istifadəçiləri də var.
Xəyal Ramiz