Tesla mühəndisi şirkətin Ostin yaxınlığındakı Giga Texas fabrikində nasazlıq zamanı robotun hücumuna məruz qalıb.
Ednews trthaber-ə istinadən xəbər verir ki, təcili söndürmə düyməsi ilə dayandırılan robotun hücumu zamanı hər şey qan gölünə çevrilib.
Hadisə şahidlərinin sözlərinə görə, Teslanın robotu mühəndisə hücum edib.
İşçiləri təcili söndürmə düyməsini sıxmağa məcbur edən qəza nəticəsində ətraf qan gölünə çevrilib.
Fabrikdə işçilərlə görüşən hüquqşünas deyir ki, onların qəzalarla bağlı rəsmi qurumlara “məlumat vermədikləri”nə dair sübutlar var. Təzə tökmə alüminium avtomobil hissələrini tutmaq və daşımaq üçün nəzərdə tutulmuş maşının həmkarına hücumunu iki şahid dəhşət içində seyr etdilər. Teslanın Texasdakı qanuna uyğun olaraq səlahiyyətlilərə təqdim etməli olduğu zədə hesabatında mühəndisin işdən məzuniyyət almasına ehtiyac olmadığı iddia edilib.
Xəyal Ramiz