27 yaşlı Türkiyə vətəndaşı Həmzə Avstriyada evlənərkən deportasiya edilib.
Ednews birgun.net-ə istinadən xəbər verir k, sığınacaq müraciəti qəbul edilməyən 27 yaşlı Həmzə 40 yaşlı alman nişanlısı Gündülə ilə evlənərkən Federal İmmiqrasiya və Sığınacaq İdarəsi tərəfindən saxlanılıb.
Deportasiya edilən Həmzənin vəkili Qreqor Klammer toy mərasimində saxlanılan müvəkkilinin fərari olduğunu və Türkiyəyə göndəriləcəyini bildirib.
Xəyal Ramiz