Afrikanın ən zəngin adamı nigeriyalı iş adamı Aliko Danqotedir.
Ednews ntv.com-a istinadən xəbər verir ki, Danqote 13-cü dəfə siyahıya başçılıq edir.
Nigeriyalı iş adamı Aliko Danqote bu il də siyahının başında olub. Cənubi afrikalı İohann Rupert ikinci, cənubi afrikalı Nikki Oppenheymer isə üçüncü yeri tutub.
Forbes jurnalının açıqladığı "2024-cü il Afrikanın ən zəngin adamları" siyahısına görə Misir, Əlcəzair, Mərakeş, Zimbabve və Tanzaniyadan olan 20 nəfərdən ibarət siyahının ümumi sərvəti 82,4 milyard dollar olub.
Sərvətini sement istehsalı ilə qazanan Danqote 2023-cü ildə sərvətini 400 milyon dollar artıraraq 13,9 milyard dollara çatdırıb. Danqote 13-cü dəfə siyahıya başçılıq edir.
Xəyal Ramiz