“Lancet” tibb jurnalında dərc edilən araşdırma 2050-ci ildə hər 4 ölkədən 3-nün “əhalinin azlığı” təhlükəsi ilə üzləşəcəyini ortaya qoyub.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, adamları bu vəziyyəti "sarsıdıcı sosial dəyişiklik" olaraq xarakterizə edərkən, bu nisbətin 2100-cü ilə qədər 97 faizə yüksələ biləcəyini açıqladılar.
Ölkələrin strukturunu dəyişəcək bu hadisə ilə əlaqədar İngiltərə və ABŞ kimi “güclü ölkələrin” immiqrasiyadan asılı vəziyyətə düşəcəyi də bildirilib.
Bildirilib ki, əhalinin qocalması yenilənməsə, dövlət xidmətləri və iqtisadi artım risk altında qalacaq, eyni zamanda, daim azalan doğum göstəriciləri səhiyyə və qayğı sahəsinə böyük təzyiq göstərəcək.
Xəyal Ramiz