Fransa Tefal kimi tavaların tərkibində kanserogen maddələr olduğunu əsas gətirərək qadağan etməyə hazırlaşır.
Elm aləmində tavaların kanserogen olub-olmaması ilə bağlı mübahisələr gedir.
Ednews tr.euronews-a istinadən xəbər verir ki, Fransada ekoloq deputat Nikolas Tyerrinin təklif etdiyi və tərkibində yapışmayan maddələr olan tavaların qadağan edilməsini təklif edən qanun layihəsi parlamentdə səsə qoyulacaq.
Qanun xüsusi olaraq bir sıra sənaye sahələrində istifadə edilən poliftoralkilləşdirilmiş maddələrin və ya qısaca PFAS olan məhsulların Fransada istehsalına və satışına qadağa qoyulmasını nəzərdə tutur.
Bu molekullar bəzi mütəxəssislər tərəfindən “21-ci əsrin ən böyük kimyəvi təhlükəsi” kimi təsvir edilir.
Fransa hökuməti bildirir ki, əgər bu sahədə qərar veriləcəksə, buna Avropa səviyyəsində baxılmalıdır.
Hazırlanan qanun layihəsi, tərkibində bu molekulları olan bəzi məhsulların istehsalı, idxalı, ixracı və satışına qadağa qoymaqla əhalinin bu molekullara məruz qalmasını azaltmaq məqsədi daşıyır.
Bəzi alimlər maddənin istehsal və təkrar emal mərhələsində problem yarada biləcəyi qənaətindədirlər.
Xəyal Ramiz