Vahid Ələkbərov yenidən Rusiyanın ən varlı şəxsi olub
Ednews xəbər verir ki, Forbes jurnalı 2023-cü il üçün divident gəlirləri üzrə Rusiyanın 50 ən varlı şəxslərinin ikinci illik reytinqini dərc edib.
Reytinqin başında "Lukoil"in əsas səhmdarı Vahid Ələkbərov durur, onun divident gəliri 177,4 milyard rubl olaraq qiymətləndirilir.
Reytinqdə ikinci yeri qaz şirkəti "Novatek" səhmdarı Leonid Mixelson tutub, onun divident gəliri 105 milyard rubl təşkil edib. Üçlüyü isə kimya istehsalçısı "Sibur holding" səhmdarı Gennadi Timçenko 84,6 milyard rubl divident gəliri ilə tamamlayır.
Xəyal