Meta şirkətinin rəhbəri Mark Zukerberq süni intellektin gələcəyi ilə bağlı öz narahatlığını ifadə edib.
Ednews elmundo.es saytına əsasən xəbər verir ki, Zukerberq Kane Sutter-in Youtube kanalına müsahibəsi zamanı süni intellektlə bağlı öz fikirlərini bildirib.
"ChatGPT-nin qurucusu olan OpenAI və ya Anthropic kimi şirkətlər daha realistik bir suni intellekt yaratmağı hədəfləyirlər, lakin bu bir tanrı və ya buna bənzər bir şeyi yaratmağa bənzəyir və bunu isə biz heç vaxt edə bilmərik"- deyə Facebook-un qurucusu qeyd edib.
A. Mikayıl