Liberiya prezidenti Cozef Bokay öz maaşını 40% azaldacağını açıqlayıb.
Ednews "BBC"ə istinadən xəbər verir ki, o, bu addımı ilə məsuliyyətli idarəetmə yaradaraq xalqda həmrəylik yaratmağı hədəfləyir.
"Məqsədimiz bu cür ayrılan pulların xalqımızın həyatına müsbət şəkildə təsir etməsinə şərait yaratmaqdır".
Qeyd edək ki, hazırda illik maaşı 13,400 dollar idisə, bugündən etibarən bu rəqəm 8000 dollar olaraq təyin ediləcək.
Xatırladaq ki, bundan əvvəl əfsanəvi futbolçu və ölkənin keçmiş prezidenti Corc Vea da hakimiyyəti dövründə maaşını 25% kəsərək eyni təşəbbüsü nümayiş etdimişdi.
Əkbər Novruz