Dünyanın ən nadir balinası olaraq bilinən kürək dişli balina cinsi aşkar edilib.
Ednews "BBC"ə istinadən xəbər verir ki, o, Yeni Zelandiya sahillərində peyda olub.
Yeni Zelandiya Mühafizə Departamentinin məlumatına əsasən o qədər nadir bir növdür ki, heç vaxt canlı şəkildə aşkar edilməyib. Beş metr uzunluğunda dimdiyi olan canlının kimliyi onun rəng naxışlarından, kəllə, dimdik və dişlərinin formasından müəyyən edilib.
DNT testi aparılarkən onun qalıqları soyuducu anbara yerləşdirilib, ekspertlər yekun identifikasiyanın təsdiqlənməsinin bir neçə həftə çəkə biləcəyini söyləyirlər.
Əkbər Novruz