13 yaşlı uşaq 1800 illik tarixi bir üzük tapıb.
Ednews jpost.com saytına istinadən xəbər verir ki, İsrailin Hayfa şəhərində, atası ilə gəzən 13 yaşlı Yair Uaytsonun diqqətini yerdəki bir cisim çəkir. İlk başda paslı bir bolt olduğunu düşünən uşaq, daha sonra onun üzərində bir "döyüşçü" təsviri olan üzük olduğunu fərq edir. Ailəsi İsrail Qədim Əsərlər İdarəsi ilə əlaqə saxlayır və bunun, sonradan tədqiqatçıların II və III əsrlərə aid olduğunu müəyyənləşdirdiyi Son Roma dövrünə ait bir tarixi əşya olduğu ortaya çıxır.
Üzük, Qədim Roma ilahələrindən müharibə və müdriklik simvolu kimi tanınan Minerva'nın təsvir edildiyi təxminən 1800 illik tarixi-mədəni bir əşyadır.
Rəsmilər tərəfindən verilmiş məlumata əsasən üzük Qüdsdəki İsrail Milli Arxeoloji Muzeyində sərgilənəcək.
A. Mikayıl