Dünyada turistlərin ən çox diqqətini çəkən prospektlərdən biri olan "Champs Elysees"də keçirilən dron festivalı rəngli görüntülərə səhnə olub.
"Eurasia Diary" xəbər verir ki, hər ayın ilk bazar günü maşınlara bağlı olan "Champs Elysees"də 4 saatlıq dron festivalı keçirilib.
Dünya üzrə dron çempionu 16 yaşlı Luke Bannister da akrobatik hərəkətlərlə dronunu tamaşaçıların üzərindən uçurub.
Paris Bələdiyyəsi tərəfindən paytaxtda ilk dəfə keçirilən festivalda aralarında beynəlxalq adların da olduğu 8 dron pilotu camaata şou göstərib.

Tamaşaçıların təhlükəsizliyini təmin etmək üçün hündürdən qəfəslər çəkilib.
Dron istifadəsinə dair hüquqi qaydaların aşılandığı festivalda Parisdə iki parkın ayda bir gün dron istifadəçilərinə açıq olacağı bildirilib.