"İnanıramki, Rusiyanın sülh danışıqları prosesinə əngəl törədəcək gücü qalmaz" Ahmet Sözen Kipr münaqişəsi haqqında-ÖZƏL

Müsahibələr 14:27 24.01.2017

Doğu Akdeniz Ünversitetinin professoru və Kipr münaqişəsi üzrə siyasi ekspert Ahmet Sözen “Eurasia Diary”yə Cenevrədə Kipr məsələsi ilə bağlı keçirilmiş danışıqlar barədə müsahibə verib.

Yanvarın 12-19-da İsveçrənin Cenevrə şəhərində Kipr münaqişəsinin həll edilməsi ilə əlaqədər danışıqlar  keçirilib. Danışıqlarda münaqişənin həllində vacib olan məsələlər müzakirə edilib.

Eurasia Diary:  Kipr münaqişəsində əhəmiyyətli məsələlər Türk və Yunan tərəfi arasında ərazi bölgüsü mübahisələrin həll edilməsi, idarə səlahiyyətlərinin bölüşdürülməsi və təhlükəsizliyin zəmanətidir. Sizin fikrinizcə, nə üçün hər iki tərəf  bu məsələlərin həll edilməsində 40 ildir ki, razılığa gələ bilmirlər?

Ahmet Sözen: Yunan və Türk arasında danışıqlar 1968-ci ildən başalayıb.  Lakin  hər iki tərəf 1974-ci ildən sonra Kipr münaqişəsini federal dövlət prinsipləri əsasında həll edəcəkləri barədə razılığa gəldilər.  Federal dövlət ərazi bölgüsü kimi iki zonadan və konstitusiya qaydalarına görə isə iki dövlətdən ibarət olacağı fərz edilir. Habulki, 40 ildir ki, danışıqlar bir nəticə ortaya qoymayıb.  Münaqişənin həll edilməməsinin vacib səbəblərindən biri də Yunan tərəfinin federal dövlət prinsiplərini qəbul etməyə hazır olmamasıdır. Digər tərəfdən isə Yunan tərəfi etnik türklər ilə idarə səlahiyyətlərini bərabər bölmək niyyətində deyil. 2004-ci ildə Yunan Kiprində keçirilmiş referendumun nəticələrindən  sonra BMT-nin sabiq baş katibi Kofi Annan Təhlükəsizlik Şurasında açıqlayıb ki, Kipr münaqişəsi o zaman həll oluna bilər ki, Yunan tərəfi federativ şəkildə Türk tərəfi ilə idarə səlahiyyətlərini bölüşdürsün.

Eurasia Diary: Sizin fikrinizcə Kiprin iki tərəf arasında ərazi bölgüsünün müəyyənləşdirilməsini BMT öz üzərinə götürə bilərmi?

Ahmet Sözen: Bunu bildirim ki, BMT Türk və Yunan tərəfi arasında ərazi bölgüsünün müəyyənləşdirilməsi üzərində çalışıb. BMT-nin iki sabiq baş katibi –Butros Ghali 1992-ci ildə və Koffi Anna 2004-ci ildə iki tərəf arasında ərazi mübahisələrini həll etməyə cəhd edib. Lakin, hesab edirəm ki, münaqişənin həllini üçüncü tərəfdən gözləmək lazım deyil. İki tərəf öz aralarında ərazi bölgüsünü nizamlamaq barədə razılığa gəlməlidir. İki tərəfin razılığa gəlməsi daha yararlı olar.

Eurasia Diary:  Kipr münaqişəsinin həllində vasitəçilik edən Türkiyə, Yunanıstan və Britaniya danışıqlarda razılığa hələ gəlməyiblər. Bunun səbəbi nədir?

Ahmet Sözen:  Birincisi, üç dövlət- Türkiyə, Yunanıstan və Birtaniya danışıqlarda o qədər də əhəmiyyətli rol oynamır. Məsələn, 2002-2004-ci illərdə Kipr münaqişəsi ilə bağlı danışıqlara BMT-nin sabiq baş katibi Koffi Annan tərəfindən rəhbərlik edilirdi. Onu qeyd edim ki, 1960-ci ildə tərtib edilmiş Kiprin konstitusiyasının davam etdirilməsi  təkcə, Yunan və Türk tərəfindən yox,  həmçinin bu üç dövlət tərəfindən də razılaşdırılıb.

İkincisi, 2008-ci ildən bu yana Kipr münaqişəsinin həllində “təhlükəsizlik və üç dövlətin vasitəçilik etməsi” məsələsi Yunan və Türk tərəfi arasında aparılan danışıqların çoxunu urğursuzluğa düçar edib. Danışıqların iflasa uğraması  hər iki tərəfin regionla bağlı daxili məsələlərdə razılığa gəlməsinə uzun zaman imkan vermədi. Yalnız 2016-ci ilin dekabrn ayında Türk və Yunan tərəfin liderləri regionla bağlı daxili məsələlərdə razılığa gəlmələri haqqında bəyanat verdilər. Kipr münaqişəsində təhlükəsizlik məsələsinin həlli isə üç vasitəçi dövlət-Yunanıstan, Türkiyə və Britaniya tərəfindən öhdəliyə götürülüb.

Eurasia Diary: Bəzi siyasi analitiklər hesab edirlər ki, Rusiya Kipr münaqişəsinin həllində maraqlı deyil. Bu haqda nə deyə bilərsiniz?

Ahmet Sözən:  Bunu düşünənlər Rusiyanın Kipr münaqişəsində rolunu nəzərdən keçirməlidir. Hesab edirəm ki, Rusiya Kipr münaqişəsinin federativ yolla həllini dəstəkləyir. Bu  yaxınlarda, bəzi müşahidəçilər deyirlər ki, Kipr münaqişəsi məsələsində Rusiyanın dediyi ilə etdikləri arasında uyğunsuzluq var. Digər tərəfdən, Rusiya Kipr münaqişəsi ilə bağlı danışıqlarda vasitəçi ölkə deyil.  Dəyirmi masa danışıqlarında Kiprin Yunan və Türk tərəfi, üç dövlət-Yunanıstan, Türkiyə və Britaniya əsas aktordur. Əgər bu beşlik hər kəsi  məmnun edəcək həll yolu tapa bilsə, inanıram ki, Rusiyanın sülh danışıqları prosesinə əngəl törədəcək gücü qalmaz.


Yunis Abdullayev

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Hamısı