Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarovun Eurasia Diary-yə ÖZƏL müsahibəsi

Müsahibələr 17:12 06.04.2018

Eurasiadiary: Ənənəvi sualımız ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin indiki vəziyyəti barədədir. Siz bu əlaqələrin hazırkı səviyyəsini necə qiymətlənsirirsiniz? 

Daşqın Şikarov: Qarşılıqlı anlaşma və etimada əsaslanan Azərbaycan-BƏƏ arasında siyasi, iqtisadi və humanitar sahələrdə müsbət dinamika müşahidə olunur. Dövlətlərimiz arasında yüksək səviyyədə siyasi dialoq mövcuddur və bu ölkə liderləri və yüksək səviyyəli rəsmilərin iki və çoxtərəfli formatda görüşlərində öz əksini tapmışdır. Son illlər əməkdaşlığın qarşılıqlı səfərlər müstəvisində çox məhsuldar olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Əbu Dabinin vəliəhdi Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə 2016-cı ildə BƏƏ-yə rəsmi səfəri çərçivəsində və həmçinin Səudiyyə Ərəbistanı Krallığında görüşü, Azərbaycan Respublikası Baş nazirinin müavini, xarici işlər, daxili işlər, mədəniyyət və turizm, fövqəladə hallar, iqtisadiyyat, gənclər və idman nazirlərinin və digər rəsmi şəxslərin BƏƏ-yə, həmçinin BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, müdafiə məsələləri üzrə dövlət naziri, xarici işlər üzrə dövlət naziri, tolerantliq məsələləri üzrə dövlət naziri, ədliyyə və dini məsələr üzrə Prezidentin müşaviri və digər yüksək rütbəli dövlət rəsmilərinin Azərbaycana səfərləri əməkdaşlıq üçün vacib olmuşdur. Azərbaycan-BƏƏ hökumətlərarası iqtisadi komissiyası və Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr platforması da dövlətlərimiz arasında əlaqələrin inkişafına xidmət edən amillərdəndir.

Xarici İşlər Nazirinin müavini Azərbaycanın BƏƏ-dəki səfirinin etimadnaməsini qəbul edir

Eurasiadiary: Ələqələrimizin inkişaf perspektivləri, potensialı barədə nə deyə bilərsiniz?

Daşqın Şikarov: Məmnuniyyətlə bildirmək istərdim ki, böyük potensiala malik olan Azərbaycan-BƏƏ əlaqələri bütün istiqamətlərdə sürətlə inkişaf etməkdədir. Ölkələrimiz arasında siyasi dialoqun genişlənməsi, beynəlxalq arenada əməkdaşlığın güclənməsi üçün böyük perspektivlər mövcuddur. Siyasi əlaqələrlə yanaşı ölkələrarası iqtisadi və ticarət əlaqələri də yüksək templərlə inkişaf edir. Belə ki, Dubay Ticarət Palatası 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 221 milyon ABŞ dolları təşkil etdiyini açıqlamışdır ki, bu da 2016-ci il ilə müqayisədə 3.5 dəfə çoxdur. Ticarət mübadiləsinin artmasına səbəb olan amillər kimi Azərbaycan Respublikası Prezidentinin qeyri neft sektorunun inkişafı strategiyası çərçivəsində BƏƏ-nin Azərbaycanda istehsal olunan mallar üçün prioritet bazar kimi müəyyən edilməsi, bununla əlaqədar bu ölkəyə təşkil edilən ticarət missiyaları, həmçinin böyük turist axınını göstərmək olar. Onu da bildirmək istərdim ki, beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı da ticarət mübadiləsinin artmasına təsirli təkan verən amillərdəndir. Belə ki, 2017-ci ildə Azərbaycan Gulfood 2017, Arabian Travel Market, Əbu Dabidə keçirilmiş "İslam Həmrəyliyi ili-istiqamət Azərbaycan" sərgilərdinə, Şeyx Zahid İrsi Festivalında təmsil olunmuşdur. Həmçinin Əmirliklərdən olan sənaye şirkətləri Bakı şəhərində keçirilmiş REC Expo daşınmaz əmlak sərgisində də iştirak etmişdirlər. Azərbaycanın bir neçə ticarət nümayəndəliyindən birinin də BƏƏ-də açılması bu işlərin daha yüksək nəticələr verəcəyini deməyə əsas yaradır. 

Eurasiadiary: İnamla demək olar ki, əlaqələrimizin ən çox inkişaf etdiyi sahə turizmdir. Azərbaycandan BƏƏ-yə, BƏƏ-dən da Azərbaycana çoxlu turist gəlir. Ölkəmizə qələn turistlərin təəssüratları, onların ölkəmizdəki xidmətlərin səviyyəsinə verdikləri qiymət barədə fikrinizi bilmək istərdik.

Daşqın Şikarov: Turizmin inkişafına dair Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin turistik cəlbediciliyi daha da artmış və bu gün on minlərlə BƏƏ turisti Azərbaycana səfər edir. BƏƏ-dən olan böyük turist axını Azərbaycan turizm sektorunun və bütövlükdə iqtisadiyyatın inkişafına təkan verməklə yanaşı, ikitərəfli əlaqələrə də təsir edir. Rəsmi statistikaya görə 2017-ci ildə BƏƏ-dən Azərbaycana 102600 nəfər turist səfər etmişdir. Müqayisə üçün 2015-ci ildə bu rəqəm 2500, 2016-ci ildə isə 48 min olmuşdur. Çox müsbət haldır ki, bu gün Azərbaycan BƏƏ və burada yaşayan digər ölkə vətəndaşları arasında çox tanınan ölkədir. Azərbaycanlılar və ərəblərin islam dininə itaət etməsi, aralarında adət-ənənə, mədəniyyət, mətbəx oxşarlıqları xalqları biri birinə yaxınlaşdıran amillərdir. Eyni zamanda son illərdə ölkələrimiz arasında turist mübadiləsinin artması Azərbaycanın BƏƏ-də və BƏƏ-nin Azərbaycanda tanınmasına xidmət edir. Ölkələrimiz arasında birbaşa uçuşların sayca artması, uçuşlara yeni aviadaşıyıcıların cəlb edilməsi turizmin inkişafına müsbət təsir edir. Belə ki, 2017-ci ilin mart ayında BƏƏ-nin Air Arabia şirkətinin Şarja-Bakı marşrutu üzrə, 2018-ci ilin fevralında isə Etihad hava yollarının Əbu-Dabi-Bakı marşrutu ilə birbaşa reysləri açılmışdır. Sözügedən uçuşlar ölkələrimiz arasında hava əlaqəsini təmin edən AzAL və FlyDubai şirkətlərinin uçuşlarına əlavə olunmuşdur. Hal-hazırda BƏƏ-dən Naxçıvan və Gəncə şəhərlərinə birbaşa üçüşların təşkil edilməsi üçün tərəfimizdən müvafiq danışıqlar aparılır.

 

Birləşmiş Ərəb Əmirliyi Dövləti
 

Eurasiadiary: Cənab səfir, Azərbaycan cəmiyyətində daha çox Dubay şəhəri məşhurdur. Bəziləri Dubay dedikdə, elə bütün Birləşmiş Ərəb Əmirliklərini nəzərdə tuturlar. Bu yanlış fikri aradan qaldırmaq üçün oxucularımıza BƏƏ-nin digər əmirlikləri barədə qısa məlumat verməyinizi xahiş edirik. 

Daşqın Şikarov: Birləşmiş Ərəb Əmirliklərinə 7 əmirlik daxildir - Əbu Dabi, Dubay, Şarja, Acman, Umm Əl-Qəyvayn, Ras Əl Xayma və Fuceyra. Dünyanın ən inkişaf etmiş və müasir şəhərlərindən olan Dubay ölkənin iqtisadi, maliyyə və turistik mərkəzi sayılır. Məhz bu əmirlikdə məşhur Cebel Ali ticarət zonası da daxil olmaqla bir sıra önəmli azad ticarət zonaları yerləşir. Zəngin neft yataqlarına malik BƏƏ-nin paytaxtı və siyasi mərkəzi olan Əbu Dabi Əmirliyi ölkə iqtisadiyyatında aparıcı rol oynayır. Yerli ərəblərin əksəriyyəti bu əmirlik ərazisində yaşayır və Əbu Dabinin investisiya imkanları olduqca yüksək qiymətləndirilir. Əmirlik eyni zamanda turizm baxımdan olduqca cəlbedicidir. Burada yerləşən möhtəşəm Şeyx Zayed məscidi, Luvr muzeyi, Ferrari World, Yas Water World, Warner Brothers kimi əyləncə şəhərcikləri, dünyanın məhşur Klivlent xəstəxanası, məhşur universitetlərin flialları, müxtəlif çimərliklər və müxtəlif seqmentlərdə mehmanxanalar, formula 1 və digər avtomobil idman yarışları, müxtəlif dünya şöhrətli ulduzların konsertləri və s. kimi tədbirlər Abu Dabinin turistik baxımından Dubayla rəqabət aparmasına imkan yaradır. Onu qeyd etmək lazımdır ki, BƏƏ-nin digər əmirlikləri də özünəməxsusluğu ilə seçilir. Belə ki, Şarja əmirliyi ölkənin mədəni mərkəzi kimi tanınır, Fuceyrada vacib azad ticarət zonasi yerləşir, Acman, Ras Əl-Xeymə və Um Əl-Qəyvaynda qədim tarixi və mühüm arxeoloji abidələr vardır.

Dubayda Beynəlxalq təyyarə limanı
 

Eurasiadiary: Cənab səfir, BƏƏ-nin Dağlıq Qarabağ probleminə dair münasibəti və eyni zamanda 31 mart Azərbaycanlıların soyqırımı və 26 fevral 1992-ci il Xocalı soyqırımı barəsində BƏƏ ictimaiyyəti nə dərəcədə məlumatlıdır?

Daşqın Şikarov: Birləşmiş Ərəb Əmirlikləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən ölkədir. Tərəf müqabillərimizlə müxtəlif səviyyələrdə keçirilən bütün görüşlərdə, ermənilərin 31 mart 1918-ci ildə Bakı və Azərbaycanın digər bölgələrində və 26 fevral 1992-ci ildə Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirmiş soyqırımı haqqında geniş məlumatlar verilir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müsəlman ölkələrinin vahid mövqedən çıxış etməsinin son dərəcə vacib olduğu vurğulanır. Eyni zamanda ermənilərin işğalçı siyasəti, həyata keçirtdiyi cinayətləri, etnik təmizləmə siyasəti barədə BƏƏ mətbuatında, təhsil mərkəzlərində müxtəlif forumlar çərçivəsində çıxışlar zamanı məlumatlar verilir.

Картинки по запросу ‫مسجد الشيخ زايد الكبير‬‎

Böyük Şeyx Zaid məscidi

Müsahibəni götürdü: Həşim Məmmədov
 
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO

Xəbər xətti

Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Sülh müqaviləsi bu gün imzalana bilər? - Siyasi şərhçinin RƏYİNDƏ
16:00 10.05.2024
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
15:56 10.05.2024
Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ
15:43 10.05.2024
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO
15:39 10.05.2024
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı
15:15 10.05.2024
Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesinə böyük diqqət yetiririk”
15:15 10.05.2024
Prezident və Birinci xanım Şuşada Çöl Qala məscidində
15:10 10.05.2024
AZAL-ın kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
15:01 10.05.2024
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
15:00 10.05.2024
Bərdədə qadın qohumu tərəfindən
14:54 10.05.2024
Prezident və Birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:44 10.05.2024
Şuşada elektrik avtobuslar istifadəyə verildi
14:42 10.05.2024
Universitetə qəbul olmaq istəyən subbakalavrların NƏZƏRİNƏ – Qeydiyyat BAŞLADI
14:37 10.05.2024
"Heydər Əliyev mənimlə 1 saat təkbətək söhbət etdi" - Rafiq Bağırov  - VİDEO
14:30 10.05.2024
Mehriban Əliyevadan Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı paylaşım -FOTO
14:28 10.05.2024
Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI - VİDEO
14:17 10.05.2024
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Prezident Köndələnçay su anbarları kompleksinin açılışında
13:39 10.05.2024
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
Hamısı