"Azərbaycanda mətbuat ABŞ-la müqayisədə daha yaxşı işləyir" Amerikalı politoloq Ceyson Katz

Müsahibələr 17:22 20.04.2018
Amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert, Azərbaycan hökuməti yanında amerikalı məsləhətçi Ceyson Katz Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevlə görüşü zamanı "Eurasia Diary"-nin müasir dünyada medianın rolu ilə bağlı suallarını cavablandırıb.
 
- Medianın vətəndaş cəmiyyəti qarşısında məsuliyyətini necə qiymətləndirirsiniz?
 
- Mən amerikalıyam, belə ki, bizdə KİV-in hökumət və vətəndaş cəmiyyətinə münasibətdə rolu ideyası konstitusiya ilə müəyyən edilib.
 
Medianın ən önəmli rolu məlumat almaq və özlərininn  bir nəticəyə gəlməsi üçün obyektiv və qərəzsiz məlumatların verilməsidir.
 
ABŞ-da mətbuat strukturunun xəbərlər, redaksiya və biznes hissələri arasında müəyyən bir sədd var. Biznes hissəsi öz üzərinə KİV-in obyektiv işinə təsir göstərə biləcək investisiya və reklamı götürür. Çox vaxt media kiminsə tərəfini tutur və mövqeyini dəstəkləyir.
 
Hal-hazırda bu, ABŞ-da demokratiyamıza təhdid sayılacaq ciddi bir problemdir.
 
- Amerikalıların ABŞ-ın İraq siyasəti ilə bağlı obyektiv məlumat əldə etmək imkanı var idimi?
 
- Həqiqətən də, Buş administrasiyasının onu İraqın işğalını dəstəkləməyə məcbur etmək üçün Amerika xalqına yalanlar söyləməsi ilə bağlı ittihamlar var. Bu ittihamların nə dərəcədə əsaslı olduğunu bilmirəm. Mən bunu heç bir şəkildə təkzib və yaxud sübut edə bilmərəm.
 
Mən Ağ Ev, Dövlət Departamenti və Müdafiə Nazirliyinin gizli razılaşmanı ört-basdır etmək üçün sözləşmədiklərinə və Amerika xalqını aldatmadıqlarına inanmaq istərdim.
 
Mən yenə də hesab edirəm ki, hökumət həmin an həqiqətən nə bilirdisə onu deyib: bəzi məlumatlar doğru çıxdı, bəziləri isə yox.
 
- Necə düşünürsünüz, yeni internet mediası və sosial şəbəkələrin yaranması ilə həqiqəti gizlətmək məmurlar üçün daha çətin oldu?
 
 ABŞ-da mətbuat demokratiyanın təminatçısı kimi nəzərdə tutulub. KİV-in rolu seçilmiş və təyin edilmiş vəzifəli şəxslərin öz vəzifələrini yerinə yetirdiklərinə əmin olmaq və ictimaiyyəti məlumatlandırmaqdır.
 
Mən Azərbaycan mətbuatını yaxından izləyirəm. Onlar xalqı məlumatlandırmaq üçün yaxşı işlər görürlər. Azərbaycanda mətbuat bir çox hallarda ABŞ-dakından daha yaxşıdır.
 
Bunu söyləmək mənə xoş deyil, çünki mənim ölkəm həmişə KİV-lərin necə olmalıdır məsələsində standart olub. Amerika Birləşmiş Ştatlarında media və demokratiyanın səviyyəsi daha yaxşısına ümid etmək istəyi yaradır.
 
Yeni İnternet mediasına müxtəlif cür yanaşmaq olar: yalan məlumatların yayılması vasitəsi və dərhal məlumat bölüşməyə imkan verən daha böyük auditoriyanı əhatə edən KİV-in yeni növü kimi. Sosial şəbəkələr bizə danışmaq və eşidilmək imkanı verir. Bu böyük üstünlükdür.
 
Nəticə isə belədir: özünüzü "yalan xəbərlər"dən qorumağı öyrənmək, daha diqqətli olmaq, mənbəni yenidən yoxlamaq lazımdır.
 
- Amerikalılar ümumilikdə Azərbaycan və xüsusilə Dağlıq Qarabağ barədə nə qədər məlumatlıdırlar?
 
- Az şey bilirlər. Təəssüf ki, orta statistik amerikalı beynəlxalq münasibətlər və siyasətlə maraqlanmır. Rəhbər vəzifələrdə olan şəxslər, biznes sahibləri, vəzifəli şəxslər, siyasətçilər xüsusilə, son illərdə adi vətəndaşlara nisbətən xarici siyasətlə daha çox maraqlanırlar. Bu, prezident seçkiləri və onlara Rusiyanın müdaxilələr etməsii iddiası zamanı yaranan qalmaqallarla bağlıdır.
 
Bununla belə, əhali arasında Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və regiondan xəbərdar olan müəyyən təbəqə var. Son on ildə Dağlıq Qarabağ haqqında çox şey yazılıb, çünki bu, ABŞ-ın beynəlxalq əlaqələri üçün önəm kəsb edib. Amerikalılar hazırda Rusiya ilə bağlı hər şeyə maraq göstərirlər. Onların əksəriyyəti, Moskvanın prezident Trampın seçilməsində müəyyən bir rol oynadığına və ya faktiki olaraq seçdiyinə inanır.
 
Amerika ictimaiyyətinin diqqəti keçmiş Sovet məkanına, Avrasiya və Yaxın Şərqə yönəlib: Azərbaycan bunun bir hissəsidir.
 
Mən hesab edirəm ki, amerikalılar arasında Ermənistanın Ştatlar tərəfindən pis qəbul edilən Moskvanın dostu olması fikri getdikcə artır.
 
Əminəm ki, amerikalılara Cənubi Qafqaz regionu haqqında daha çox məlumat vermək lazımdır. O enerji və ticarət baxımından dünyada mühüm strateji əhəmiyyətə malikdir. Mən Bakı-Tiflis -Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, "Şimal-Cənub" nəqliyyat dəhlizi kimi layihələri nəzərdə tuturam. Beləliklə, biz Azərbaycanın ehtiyatları və siyasətinin bütün dünya üçün getdikcə daha əhəmiyyətli olduğunu müşahidə edirik.
 
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
Hamısı