"Zamanı gələndə Afrin kimi bir əməliyyat Qarabağ uğrunda da həyata keçiriləcək"

Müsahibələr 18:04 06.05.2018

“Daha 55 yaşına çatmışam, “artıq içəridə oturman lazımdır”, - dedilər”

CNN Türk-ün rəhbərliyinə gətirilən İrfan Sapmaz Musavat.com-a danışdı:“Azərbaycan başda olmaqla, Türk dünyası ilə çox yaxın əlaqəmiz olacaq”

Dünya müharibə jurnalistikasının tanınmış isimlərindən biri, təkcə Türkiyədə deyil, Azərbaycanda da yaxşı tanınan İrfan Sapmaz CNN Türk Haber Koordinatoru təyin edilib. İrfan bəy Qarabağ savaşı barədə yaxından məlumatlı olan, Azərbaycanı kifayət qədər tanıyan bir media mənsubudur. Fakt budur ki, indiyə qədər belə bir praktik jurnalist Türkiyədə bu qədər yüksək mövqedə olmayıb. Bir məqamı da qeyd edək ki, CNN Türk Türkiyə televiziyaları arasında, xəbər televiziyaçılığında bir nömrədir. Odur ki, İrfan Sapmazla bağlı bu təyinat həm də Azərbaycan üçün önəmli hadisədir və kifayət qədər xoş emossiyalar doğurub. 

-İrfan bəy, CNN Türk telekanalında yeni işə başlamağınız münasibətlə sizi təbrik edir, uğurlar arzulayırıq. Qeyd edim ki, dostlarınız, sizi yaxından izləyənlər üçün bu, çox xoş xəbər oldu. CNN Türk kimi ünlü bir telekanalla bağlı təyinat sizinçün gözlənilməz oldu, yoxsa öncədən müzakirələr gedirdi, təkliflər almışdınız?

- Allah razı olsun! Biz Azərbaycanda ürəyimizi qoyub gəldik. Mən çox təşəkkür edirəm. Təbii ki, bu barədə əvvəlcədən mənə bildirilmişdi. Məlum olduğu kimi, Doğan Media Qrupunda əl dəyişdirildi, media qrupu satıldı, Demir Örən Media Qrupuna keçdi. Burada CNN Türk, “Hürriyyət”, Doğan Xəbər Agentliyi, Kanal D var. Bura Türkiyənin ən böyük media qrupudur. Bundan sonra bütün qruplarda rəhbərlik dəyişdirildi. “Hürriyyət” qəzetinin, “Doğan” Agentliyinin, Kanal D-nin, CNN Türk-ün baş redaktorları dəyişdi. CNN Türk-ün baş redaktoru da mənim yaxın dostum Bora Bayraqdardır. O da Azərbaycanı, Qafqazları yaxından izləyən qardaşımızdır. Mənə də xəbər koordinatorluğu vəzifəsini tapşırdılar. CNN Türk bir xəbər televiziyasıdır, 24 saat ərzində dünyanın hər yerindən bütün dünyaya canlı yayın verir. Allah nəsib edərsə, bundan sonra bizim kanalın xəbər koordinatoru olaraq xəbərlər məsələsinə mən baxacağam. İnşallah cənab Allah başarılı etsin! 

-İnşallah! İrfan bəy, biz sizi birinci Qarabağ savaşından tanıyırıq. Onu da bilirik ki, Azərbaycanda yaxşı tanındığınız kimi, siz özünüz də Azərbaycana, Qarabağa yaxından bələd olan media mənsubusunuz. Siz həm də savaş televiziyaçısı, savaş qəzetçisi kimi fərqli birisisiniz. Zəfərlə başa çatan Afrin əməliyyatından yeni dönən İrfan Sapmaza bundan sonra kabinetdə çalışmaq, prosesləri, əməliyyatları iş otağından izləmək çətin olmayacaq ki? 

-(gülür) Mən 35 ilin jurnalisti, qəzetçisiyəm. Bunun 12 ili Azərbaycanda keçdi. 1990-cı ildən etibarən 6 il ərzində bütün Qarabağ savaşını izlədim. Bütün işğal olunmuş ərazilərdə oldum. Amma daha 55 yaşına çatmışam, “artıq içəridə oturmaq lazımdır, təcrübəndən istifadə olunması lazımdır”, dedilər. Ona görə artıq içəridəyik, Allah nəsib edərsə. CNN Türk Türkiyənin ən güclü televiziyası, ən güclü xəbər kanalıdır. Onunçün də belə bir yerdən mənə bu təklifin gəlməsi çox önəmlidir. Daha yaxşı çalışacağıma inanıram. 

- Televiziya siyasətinizdə Azərbaycana xüsusi yer ayıracağınıza şübhə etmirik. Bundan sonra Azərbaycanla əlaqələrinizi necə quracaqsınız?

-Təbii ki, Azərbaycan başda olmaqla Türk dünyası ilə çox yaxın əlaqəmiz olacaq. Bilirsiniz ki, bizim Türk dünyasına, başda Azərbaycan olmaqla ayrıca məhəbbətimiz var. İnşallah cənab Allah Türk-İslam dünyasına xidmət etməyi nəsib etsin! 

-Amin! Bu arada Türkiyənin siyasi həyatında önəmli proses başlayıb...

-Bəli, dünəndən etibarən başladıq, seçim dönəminə girdik. Bundan sonra həftənin 7 günü, hər gün bəlkə də 18-20 saat televiziyada olacağıq. Bu, Türkiyə üçün çox önəmli bir dönəmdir. 

-Azərbaycanı CNN Türk-dən tez-tez görə biləcəyikmi? Yaxud Qarabağla bağlı xəbərlərə kanalda geniş yer ayıracaqsınızmı? 

-İnşallah, görəcəksiniz. Azərbaycanla ürək bağlılığımız var. Təbii ki, Azərbaycan xəbərlərinə xüsusi yer ayıracağıq, qardaş ölkə diqqət mərkəzimizdə olacaq. Qarabağla bağlı xəbərlərə önəm verəcəyik. Heç mənim deməyimə ehtiyac yoxdur. Türkiyənin Qarabağ məsələsinə münasibəti bəllidir. İnşallah mən ümid edirəm ki, zamanı gələndə Afrin kimi bir əməliyyat Qarabağ uğrunda da həyata keçiriləcək, Azərbaycan Dağlıq Qarabağı işğaldan azad etmək üçün hərəkətə keçəcək. Dağlıq Qarabağ problemini bütün dünyaya çatdırmaq üçün mən də əlimdən gələni edəcəyəm. Eyni zamanda həm iqtisadi, həm siyasi anlamda Azərbaycanda nələr baş verir, bütün bunları yaxından izləyəcəyəm, inşallah. Rəbbimiz yardım etsin, bu işi bacara bilək!

-İrfan bəy, Azərbaycanda CNN Türk-ün müxbiri olacaqmı?

-Hələlik bunu bilmirəm. Bizim Doğan Xəbər Agentliyinin bir müxbiri var idi. Hələ bu mövzuda bir şey danışmamışıq, çünki yenicə işə başlamışıq. İnşallah bəlkə Qafqazlar mərkəzi yaradıldı, başda Azərbaycan olmaqla, orda bir müxbirimiz oldu. Ancaq hələ ki, bu, alınar, ya alınmaz, bilmirəm. Çünki yeni bir dəyişim başlayıb.

-Afrin əməliyyatı zamanı erməni ekspertlər də ciddi narahatlıq keçirirdilər ki, Afrin azad olunandan sonra Türkiyə və Azərbaycan orduları Qarabağın terrorçulardan, işğalçılardan təmizlənməsi uğrunda əməliyyat keçirə bilərlər. Siz hər iki savaşın iştirakçısı olaraq bu barədə nə düşünürsünüz, iki qardaş ölkə Qarabağ uğrunda birgə əməliyyat keçirə bilərmi? 

-İndiki zamanda, Türkiyənin də daxil olduğu coğrafiya, siyasi proseslər baxımından bunu söyləmək bəlkə bir az tezdir. Amma Ərdoğan da bir neçə gün öncə söylədi, Afrinin azadlığından sonra Minbiçə, İdlibə yönəlik əməliyyatlar olacaq. Artıq Afrinin bütün əraziləri azad olunub və yeni əməliyyatlar gözlənilir. Qarşıda nələr olacaq, bilinimir. Amma bildiyiniz kimi, Türkiyə və Azərbaycan Qarabağ məsələsinin sülh yolu ilə həllini istəyir. Həm hörmətli cümhurbaşqanı İlham Əliyev, həm də hörmətli Rəcəb Tayyib Ərdoğan dünyaya sülh mesajını verirlər ki, biz barış, sülh istəyirik. Lakin elə bir vəziyyət yarana bilər ki, nə olacağı bilinməz. Çünki iş bəlli olmaz. Necə ki, kimsə Türkiyənin Afrinə girəcəyini təxmin edə bilməzdi. Bəlkə bir gün gələcək, elə bir durum yaranacaq ki, Azərbaycan da qərarını verəcək, bəyan edəcək ki, biz torpaqlarımızın azad olunması üçün bu günə qədər gözlədik, amma illər keçdi, nəticə olmadı. Mən orda olanda 12 il idi problem həllini tapmamışdı, artıq 28 ildir Qarabağ problemi davam edir. Azərbaycan belə bir addım atarsa, heç deməyə də ehtiyac yoxdur, Türkiyə hər zaman olduğu kimi, yenə də Azərbaycanın yanında olacaq. Azərbaycan ordusunun yetişməsində Türkiyənin çox böyük xidmətləri var, bilirsiniz. Türk generallar ora gəldi, hələ bu əlaqələr davam edir. O mənada mən ümidliyəm, ümidimi itirməmişəm. İnanıram ki, Azərbaycan öz torpaqlarını geri alacaq. 

-İnşallah! Biz də həmin qələbə xəbərini CNN Türk-dən şəxsən sizin çatdıracağınızı gözləyirik.

-İnşallah! Azərbaycandakı qadaşlara salam və sayğılarımızı çatdırın, lütfən. 

-Məmnuniyyətlə. Təşəkkür edirəm. Allah qoysa, bir gün sizi təkrarən Azərbaycanda görmək istərdik. 

-İnşallah! Hökmən. Azərbaycan üçün darıxmışam...
 

 
 
 
 
 

 

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Nigerlə Benin arasında neft qalmaqalı yaşanır
21:20 12.05.2024
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
21:00 12.05.2024
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
20:45 12.05.2024
Şuşada 23 rəssamın əsərləri nümayiş olunur
20:30 12.05.2024
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
20:20 12.05.2024
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
20:00 12.05.2024
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub
19:40 12.05.2024
Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb
19:20 12.05.2024
NASA Marsa 2 ayda gedə biləcək raket hazılayır
19:00 12.05.2024
ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı məlum olub
18:40 12.05.2024
XİN Braziliyaya başsağlığı ünvanlayıb - FOTO
18:20 12.05.2024
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
18:00 12.05.2024
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Hamısı