Məşhur jurnalist və ictimai xadim, Rusiya Jurnalistlər İttifaqının, Ümumrusiya Azərbaycan Konqresinin üzvü Roman Ağayev Rusiyanın “Danışır Moskva” radiosuna müsahibə verib.
“Eurasia Diary” xəbər verir ki, jurnalistin Dağlıq Qarabağ münaqişəsində danışıqlar prosesi və cəbhədəki son gərginliklər barədə suallarını cavablandıran R.Ağayev Dağlıq Qarabağın "müstəqilliyi"nin Ermənistan tərəfindən tanınması cəhdlərini “siyasi alver” predmeti adlandırıb.
“Azərbaycan Rusiya diplomatik korpuslarının səslədiyi kimi – münaqişənin sülh və diplomatik danışıqlar yolu ilə həllinə dair siyaətini dəstəkləyirik. Bu, Azərbaycan üçün önəmlidir.
Lakin, Ermənistan tərəfindən atılan “mənasız” və “utandırıcı” addımlar danışılar prosesində stabilliyi pozmağa hesablanıb. Ermənistanın qeyri konstruktiv mövqesinə bariz nümunədir.
“DQR” – Bu üç gülməli hərf birləşməsinin tanınmasından ilkin olaraq Ermənistan höküməti imtina etdi. Ardınca isə, parlament müzakirəyə etmədi. Rəsmi Moskva bu məsələdə çox dəqiqlik nümayiş etdirərək bildirdi ki, tərəflər danışılar prosesinə xələl gətiəcək istənilən hərəkətdən yayınmalıdırlar. Görünür, bu, rəsmi Moskvanın da açıqlamasına uyğun atılan addım oldu”.
“Danışır Moskva”: Siz Azərbaycan ÜAK-nin üzvü olduğunuz üçün kəskin çıxışınızı anlayıram. Lakin, mən bu hadisə barədə fərqli düşüncədəyəm. Ermənistan sanki, son hadisələrdən sonra hərbi qarşıdurmalardan özünü qorumaq üçün bu tipli çıxışlar edir. Ermənistan tərəfi bildirir ki, yenidən qarşıdurma alovlandığı təqdirdə Dağlıq Qarabağın “müstəqilliyi”ni tanıyacaq. Faktiki olaraq isə, hazırda cəbhə bölgəsində gərginlik müşahidə olunur.
R.Ağayev: “ Bilirsiniz, digər dövlətin ərazisini, üstəgəl, Ermənistanla heç bir sərhəd əlaqəsi olmyan Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu da işğal etmək, sonradan həmin ərazilərdə Qarabağın “müstəqil” statusu üçün bazarlıq məqsədi ilə istifadə etmək tərbiyəsizlik və zəiflik əlamətidir.
Azərbaycan buna imkan verməz. Bizim və bütün sivil dövlətlərin mövqeyi eynidir. Biz hazırda Ermənistan Silahlı Qüvvələrinin etdiyi kimi dinc əhaliylə döyüşmürük. Biz sadəcə onlaran ərazilərimizi tərk etmələrini istəyirik. Bunu biz yox, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnamə bildirir. Lakin, son 23 il ərzində sözügedən qətnamələrin heç biri yerinə yetirilmir.
Qeyd edim ki, ATƏT-in Minsk qrupu həmsədrləri vasitəsilə nizamlanmağa çalışan münaqişədə indiyə kimi Azərbaycana məxsus ərazilərdən bir kənd belə separatçılardan azad edilməyib. Lakin, Azərbaycan Silahlı Qüvvələri vasitəsilə bütün işğal edilmiş əraziləri azad etmək mümkündür. Bu baxımdan hesab edirik ki, Ermənistan höküməti başqasının əraziləri ilə “alver” edir. Lakin bu olara çox baha başa gələcək".
Müsahibənin tam versiyası üçün audio-səsə qulaq asın: