"Təəssüf, bizi az tanıyırlar" Xaricdəki alimlərimizi təqdim edən Elman Eldaroğlu

Müsahibələr 15:00 06.06.2019

Eurasia Diary hazırda ABŞ-ın Miçiqan ştatında yaşayan, tez-tez xaricdəki azərbaycanlılarla bağlı yazılarla çıxış edən soydaşımız Elman Eldaroğlu ilə müsahibəni təqdim edir:

- Nə qədər müddətdir Amerikadasınız?

 -2015-ci ildən ABŞ-da yaşayıram. Artıq dörd ildir. Amma tezliklə vətənə dönəcəyəm.

 - Darıxırsınızmı vətən üçün, doğmalar üçün?

 -Əlbəttə ki, darıxıram. Bütün şirin xatirələrim Azərbaycanla bağlıdır. Uşaqlıq dostlarından, əziz və dogma insanlardan ayrı düşmək elə də asan məsələ deyil. Həyatında boşluq yaranır. Daim onları düşünürsən. Nə qədər yeni insanlarla tanış olsan da əvvəldən tanıdıqlarının yerini heç kim vermir.

 - Okeanın o üzündən necə görünürük?

 - Etiraf edim ki, okeanın bu üzündə yaşayan sadə amerikalıların böyük əksəriyyətinin Azərbaycan adlı bir ölkənin mövcudluğundan xəbəri yoxdur. Yüksək təhsil almış insnların da çox az hissəsi Azərbaycan haqqında məlumatlıdır. Əsasən siyasətlə məşğul olan amerikalılar ölkəmizi keçmiş sovet respublikalarından biri kimi tanıyır. Sevindirici haldır ki, son vaxtlar bəzi vətənpərvər azərbaycanlılar təşkil etdikləri müxtlif tədbirlərlə Azərbaycanın tanınmasında az da olsa müəyyən irəliləyişə nail olublar. Amma qonşu dövlətlərlə müqaisədə biz çox geridəyik.

 - Yaradıcılıqla məşğul olmağa vaxt qalırmı?

 - O sarıdan şikayətim yoxdur. Burada yaradıcılıqla məşğul olmağa zəngin mühit vardır. Lazımsız informasiyalardan, məişət qayğılarından çox uzaqsan…

 - Bəs necə oldu ki, ABŞ-da yaşayan soydaşlarımızdan yazılar hazırlamağa başladınız?

 - Əvvəlcə yaxından tanıdığım azərbaycanlılardan yazıb mətbuata ötürdüm. Gördüm ki, yazılarım yaxşı qarşılanır. Azərbaycan kütləvi informasiya vasitələrində amerikada yaşayan soydaşlarımızdan nadir hallarda yazıldığı üçün bu mövzuda məqalələrə ehtiyac olduğunu hiss etdim. Bu boşluğu doldurmaq üçün qərara gəldim ki, soydaşlarımızı arayıb axtarım. Nəticə uğurlu oldu. Qısa müddətdə yüz iyirmi insan haqqında artıq portret yazılar hazırlayıb Azərbaycan mətbuatında ictimailəşdirmişəm. Üstəgəl səksəndən yuxarı vətəndə yaşayan ziyalıdan həmçinin. Ara-sıra Amerikada gördüklərimdən də yazıram…

 - Yaşadığınız Miçiqan ştatında məskunlaşan azərbaycanlılarla bağlı yazılar hazırlamısınızmı?

 - Miçiqan ABŞ-ın şimalında yerləşdiyi, qışı sərt keçdiyi üçün burada azərbaycanlılar çox azdır. Bəli, onların arasında uğur qazanmışlarından, uğurları ictimailəşməyə layiq olanlarından artıq yazmışam.

 - Necə hiss etmisiniz, Azərbaycan deyəndə amerikanların ağlına nə gəlir?

 - Heç nə. Necə deyərlər, beş-on nəfəri çıxsaq təsəvvürləri belə yoxdur. Hətta Azərbaycanın adını düzgün tələffüs edə bilmirlər…

 - Dağlıq Qarabağ münaqişəsi barədə nə qədər məlumatlıdırlar?

 - Çox az. Azərbaycanı tanımayan bir toplumun onun problemlərindən necə xəbəri ola bilər ki?..

 - Bəs Amerika ilə Azərbaycanı müqaisə edəndə hansı fərqli cəhətləri görürsüz?

 - Nəzərə alaq ki, ABŞ-ın əksər ştatları Azərbaycandan üç-dörd dəfə böyükdür. Əhalisi ölkəmizin əhalisindən otuz beş dəfə çoxdur. Doğrudur, ABŞ böyük imkanlar ölkəsi sayılır. Yəni burada istedadı, bacarığı, savadı realizə etməyə heç bir məhdudiyyət yoxdur. Amma ideal ölkə də deyil. Burada da sosial problemlər yetərincədir. Beş-on böyük şəhərini çıxsaq, o biri şəhərlərin hamısında daxili yollar, körpülər, işıq dirəkləri sovet Azərbaycanını xatırladır. Sanki böyük bir kənddir. Üstəlik yüksək maaşlı iş tapmasan elə də rahat yaşaya bilmirsən. Yaşadığın evin kirayə pulunu, qidalanmaq üçün və eyni zamanda digər xərcləri ödədikdən sonra yerdə heç nə qalmır. İnsanların doxsan doqquz faizi banklara borcludur. Bütün ömrü boyu kredit ödəyirlər. Və bu adi hal sayılır. Demirəm ki, Azərbaycan ABŞ-dan irəlidədir, əsla yox. Azərbaycanın da bir ölkə kimi öz problemləri vardır. Amma nəzərə alanda ki, iki yüz əlli idən yuxarı müstəqillik tarixi olan ABŞ hələ də haqqında dolaşan əfsanələrdəki kimi tam inkişaf etməyib, onda müstəqilliyinin iyirmi səkkizinci ilini yaşayan Azərbaycanı alqışlamalı olursan. Ötən əsrin altmışıncı illərinədək ABŞ-da irqlər arası problem yaşanırdı. Bu gün də bu problem pərdəarxası davam edir. Nə isə, bu çox geniş söhbətin mövzusudur. Bunun barəsində saatlarla danışmaq olar...

 - Sizin düşüncələrinizdə Azərbaycan necə ölkədir?

 - Gizli-aşikar xarici təzyiqlərə məruz qalan, fitnəkar düşmənlə yanaşı yaşamağa məcbur olan, müstəqilliyini yaxın zamanlarda əldə etmiş, inkişafa doğru inamla irəliləyən bir ölkədir. Heç bir ölkə “sehirli çubuq”la problemlərdən qurtulmur. Ölkənin tam inkişafına zaman-zaman nail olunur. İnanıram ki, Azərbaycan vaxt keçdikcə bütün problemlərini həll edib dünyanın ən müasir ölkələrindən birinə çevriləcək...

Artıq dörd ildir ki, ABŞ-dayam. Burada heç kimin yanında bu ölkəni pisləyə bilməzsən. Hətta evsiz-eşiksiz, dilənçi amerikalının da. Anındaca sərt müqavimətlə üz-üzə qalmalı olacaqsan. Məndən ötrü Azərbaycan təkcə doğulduğum coğrafi məkan deyil, milli kimliyim, varlığım, dünənim, bu günüm və gələcəyimdir...  

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı