"Monteneqro Azərbaycan turistləri üçün məşhur yay tətil istiqamətlərindən birinə çevrilib" Fəxri Konsul

Müsahibələr 13:22 11.07.2019

Iyul ayının 13-də Monteneqro ən önəmli milli bayramı olan - Dövlət Günü bayramını qeyd edir. Son bir neçə il ərzində Azərbaycan və Monteneqro sıx dostluq əlaqələrini inkişaf etdiriblər. Monteneqronun Azərbaycandakı Fəxri Konsulu Vüqar Əliyev Eurasia Diary-ə əməkdaşlığın inkişafı barədə danışıb.

- Monteneqronun Azərbaycandakı Fəxri Konsulluğu nə zaman yaranıb və əsas tapşırığı nədir?

- Konsulluq rəsmi olaraq 2013-cü ilin dekabrından fəaliyyət göstərir. Birincisi, səylərimiz iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə yönəlib. Biz qarşılıqlı maraqlar sahəsində əlaqələri dərinləşdirmək, hüquqi şəxslərə və fərdlərə kömək etmək, rəsmi dövlət orqanlarının nümayəndələri və iş adamlarını səfərləri zamanı diaspor təşkilatlarını dəstəkləmək üçün fəal çalışırıq.

Konsulluğun fəaliyyəti dövründə siyasi, iqtisadi və mədəni sahələr arasında, iki ölkə qarşılıqlı faydalı əməkdaşlıqda müvəffəqiyyətli uğurlara imza atıb. Mövcud səviyyənin effektiv nailiyyətləri əsasən dövlət və hökumət başçıları arasında dostluq münasibətləri, eləcə də hər iki ölkənin diplomatik nümayəndəliklərinin səmərəli işi ilə asanlaşdırılıb. Bizim təşəbbüslərimizin prezidentimiz, baş nazirimiz, parlament spikeri və Monteneqronun rəsmi nümayəndələri tərəfindən qiymətləndirilməsi əlaqələrin daha da canlandırılması üçün mükəmməl bir təşviqdir.

- Bu gün ölkələrimiz arasında səmərəli əməkdaşlıq mövcuddur və çox yaxşı münasibətlər qurulmuşdur. Bu əlaqələrin daha da genişləndirilməsi perspektivləri hansılardır?

- Müsbət əlaqələrə misal kimi, Mən İyun ayının 23-25-i arasında Baş Nazir Duşko Markoviçin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfərini göstərə bilərəm. Səfər iki ölkə arasında dostluğun əməkdaşlığın və tərəfdaşlığın gücləndirilməsi üçün çox əhəmiyyətli hesab edilir.  Azərbaycanlı rəsmilərlərlə görüş zamanı əməkdaşlığın yüksəlişdə olduğu və strateji tərəfdaşlığa çevrildiyi qeyd olundu.

Enerji, turizm, tikinti, kənd təsərrüfatı və nəqliyyat, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər üzrə əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıldı. Onlar Monteneqroda Azərbaycan ticarət mərkəzinin açılışını müzakirə etdilər. Sazişlərin genişləndirilməsinə artan marağın bir hissəsi kimi təhsil faktorunu vurğulamaq vacibdir, qeyd edək ki hazırda bir çox Monteneqrolu tələbələər Azərbaycan Diplomatiya Akademiyası Universitetində təhsil alırlar

Duşko Markoviçin səfəri zamanı Azərbaycan Respublikası Hökuməti və Monteneqro Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilmişdir və biznes forumu təşkil edilmişdir; bu mühüm görüş bütün sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi işlərini təhlil etməyə və qiymətləndirməyə kömək etdi.

İqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən 150-dən çox şirkətin rəhbərləri hər iki ölkənin dövlət rəsmiləri ilə birlikdə biznes forumda iştirak ediblər. Forum iştirakçıları Monteneqroda yaradılan əlverişli investisiya mühiti barədə məlumatlandırıldı və iqtisadi pasport və turizm potensialı proqramı haqqında təqdimat verildi. Əminəm ki, bu səfər və məhsuldar görüşlər ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcəkdir.

Perspektivlər barədə danışırıqsa, onda biznes forumda qeyd olunduğu kimi, ötən il Azərbaycan və Monteneqro arasında ticarət dövriyyəsinin artdığını bildirməliyik. Halbuki mövcud vəziyyət hər iki ölkənin tam potensialını əks etdirmir. Bu günə qədər 17 müqavilə artıq imzalanmış, digər 5 saziş üzrə işlər isə davam edir.

"Azərbaycan Monteneqroda əsas xarici investordur. Hal-hazırda biz Çernoqoriya şimal bölgələrinin inkişafı ilə maraqlanırıq. Bununla əlaqədar, Azərbaycanla kənd təsərrüfatı, nəqliyyat və infrastruktur sahəsində əməkdaşlıq maraqlı ola bilər. Biz Azərbaycan investorlarını bu sahələrə sərmayə qoymağa dəvət edirik və bizim tərəfimizdən geniş investisiyalı stimullaşdırıcı tədbirlər həyata keçiririk " Forumda çıxış edərkən Duşko Markoviç söyləyib . Hesab edirəm ki, bu sözlər əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş perspektivləri açıq şəkildə göstərir.

Qeyd etmək lazımdır ki, Azərbaycanla Monteneqro arasında əlaqələr yalnız dövlət və biznesə deyil, həm də iki ölkə vətəndaşları arasında münasibətlərin səviyyəsinə əsaslanır. 2013-cü ildən etibarən, Monteneqro Azərbaycan turistləri üçün məşhur yay tətil istiqamətlərindən birinə çevrildi. 2015-ci ildən başlayaraq, Monteneqro yay tətili dövründə Azərbaycan vətəndaşları üçün 90 günlük vizasız rejim tətbiq edib.  Bu şərait turistlər üçün çox rahatdır və onları viza almaq üçün vaxt sərf etmək lazım deyildir.

İkinci mühüm amil birbaşa uçuşların mövcudluğudır; Azərbaycan və Monteneqro arasında çarter reysləri bir neçə ildir həyata keçirilmişdir və onların yüksək gəlirliliyi ilə xarakterizə olunur.

Bu gün Monteneqro, bir ölkə tur operatoru olaraq dünyada daha da məşhurlaşır. Monteneqronun möhtəşəm təbiəti, gözəl çimərlikləri, ləziz milli mətbəxi, təmiz mühiti, tarixi və mədəni abidələri vardır. Ölkəmizin bir çox vətəndaşları Monteneqroya səfər edərək, yerli əhalinin dostluq və qonaqpərvərliyini vurğulayaraq, ölkəni yenidən ziyarət etmək arzusunu ifadə edir.


- Monteneqro milli bayramı ərəfəsində arzularınız nədir?

- Monteneqro Balkanın və Adriatik dənizi regionunun ən kiçik ölkələrindən biridir və əhalisi baxımından həm sabit, həm demokratik, həm də çoxmillətli ölkə kimi inkişaf edir. 2017-ci ildən etibarən NATO-nun tam hüquqlu üzvü olub və Avropa İttifaqına üzv olmaq üçün namizəddir. İyulun 13-də Çernoqoriya ən mühüm tarixini qeyd edir; 1878-ci ildə bu tarixi gündə, ölkə Berlin Konqresində müstəqillik qazanmış və dünyanın 27-ci müstəqil dövləti olaraq tanınmışdır. Bu günün simvolizmi 1941-ci il iyulun 13-də Monteneqroda anti-faşist hərəkatının başlanmasına dayanır.

Konsulluq adından Monteneqro rəhbərliyini və xalqını bayram münasibətilə təbrik edirəm və ölkəyə inkişaf və tərəqqi arzulayıram!

 

Eurasia Diary

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı