Qəzaya uğrayan MiQ-29 pilotunun oğlu: "Zəng edin, atamla danışmaq istəyirəm"

Müsahibələr 12:51 15.08.2019
İyulun 24-də saat 22.00 radələrində Xəzər dənizində qəzaya uğrayan MiQ-29 təyyarəsinin qalıqları tapılsa da, pilot Rəşad Atakişiyevin axtarışları hələ ki, bir nəticə vermir. Bununla bağlı musavat.com-a pilotun qayınatası, politoloq Qabil Hüseynli bildirib. O, axtarış işləri və digər məqamlarla bağlı sualları cavablandırıb.
 
-Qabil bəy, axtarış işləri ilə bağlı son məlumatlarınız nədən ibarətdir?
 
- Təyyarə suya möhkəm çırpılıb. Bu zaman betona çırpılan kimi effekt yaranıb. Yəni təyyarə parça-parça olub. İndi hava şəraiti imkan verdiyinə görə, mütəxəssislər dənizin dibinin şəklini çəkə bilirlər. Belə məlum olur ki, təyyarənin hissələri 1 km radiusa səpələnib. Amma təyyarənin qalıqlarından az bir hissə bütöv şəkildə qalıb. Məsələn, təkərlər, motorun bəzi hissələri. Amma yerdə qalan hissələr hamısı param-parça olub. 
 
-Bir müddət əvvəl demişdiniz ki, hava şəraiti ilə əlaqədar olaraq axtarışlar çətin gedir. Bəs, hazırda vəziyyət necədir?
 
- Hazırda axtarış işləri yenə də çətin gedir. Çünki parça-parça olmuş təyyarə hissələrinin üzərini qalın lil və qum layı örtüb. Dalğıclar hər bir hissəni, qırıntını əlləri ilə qumdan və lildən təmizləyərək çıxarırlar. Bu saat əsas hədəf pilotun heç olmasa oturduğu kreslonun və “qara qutu”nun tapılmasına yönəlib. Ona görə də bəzən o qədər də lazım olmayan təyyarə hissələrini belə, su üzünə çıxarırlar ki, bəlkə onlardan bir ipucu əldə etsinlər, pilotun oturduğu kreslonu və “qara qutu”ya aparan yolları tapa bilsinlər. Axtarış işləri əvvəlkindən xeyli intensiv aparılır. Demək olar ki, dalğıclar bütün günü işləyirlər. Hava şəraitinin əlverişli olması və görmə məsafəsinin yaxşılaşması da işləməyə imkan verir. Məsələn, əvvəllər görmə məsafəsi 2-5 sm arasında idisə, indi dəfələrlə artıb. Yəni qum fırtınası demək olar ki, çox zəifdir. Sualtı axınlar da xeyli zəifləyib, bu da işləməyə imkan verir. 
 
Itkin düşmüş pilot Rəşad Atakişiyev
 
- Qabil bəy, axtarış işləri hansı tərəfdə aparılır?
 
- Axtarış işləri Siyəzən rayonunun Zarat kəndi yaxınlığında, sahildən 17 km məsafədə, suyun 27 metr dərinliyində aparılır.   
 
- Təyyarənin nə qədər hissəsi quma batıb?
 
- Təyyarə idaretməni itirəndən sonra başı üstə, “burnu” ilə dənizə düşüb. O hissədə də qayalıqlar var. Ona görə də “burun” hissəsindən pilotun kabinəsinə qədər olan hissələrdə dağılma daha çox olub. Həm yerə dəymə və bunun nəticəsində yaranan əks zərbə təbii ki, təyyarənin hissələrinin bir-birinə qarışmasına səbəb olub. Göydən çox sürətlə gəlib.
 
- Sürət həddi nə qədər olub qəza anında? 
 
- Təyyarənin sürət həddini söyləmirlər. Amma döyüş təlim uçuşu zamanı komandirin sürətinin həddi saatda 720 km imiş. Bu da təxminən o sürətlə hərəkət edirmiş. Amma dənizə düşərkən sürət həddi nə qədər olub, bunu müəyyən etmək hələlik mümkün olmayıb. 
 
Картинки по запросу İtkin düşən pilotun qayınatası Qabil Hüseynli
 
-Sonuncu dəfə axtarış yerində nə zaman olmuşunuz? 
 
- Dünən (13 avqustda-red.). Bu gün isə telefon əlaqəsi saxlamışam. Elə olur hər gün gedirik, elə də olur iki gündən bir. 
 
- Ola bilərmi ki, Rəşadın ürəyi tutub və bu səbəbdən katapult edə bilməyib?
 
- Bir neçə versiya üzərində dayanırlar. Bu versiyalardan biri təyyarənin kabinəsinə quş çarpılmasıdır. Deyirlər 300 qramlıq quş 6 tonluq zərbə qüvvəsi yaradır. Bu versiyanın üzərində dayanırlar. Əgər quş kabinəni qırıb pilota dəyirsə, pilotu dərhal öldürür. Bundan əlavə, təyyarənin nasazlığı ilə bağlı ehtimallar da səslənir. Motorun “otkaz” eləməsi, yaxud yaranan digər qüsurlar da nəzərdən keçirilir. Əlbəttə ki, insan amilinə, yəni pilotun səhhəti ilə bağlı məsələlər də ehtimallar sırasındadır. 
 
- Rəşad səhhətindən şikayətçi olubmu nə vaxtsa?
 
- İndiyədək heç zaman həkimə müraciət etməyib, dişindən başqa. Bir də ki, onların sağlamlığı hər il ciddi şəkildə yoxlanılıb. Həm də idman sahəsində yüksək nəticələri var idi. 10 km kross qaçışını, turnikdə dartınmanı, müxtəlif idman hərəkətlərini ciddi nəzarət altında yoxlayırdılar. Əgər o, sınaqdan keçməsə, deyək ki, 10 km-lik krossu qaça bilməsə, onda maaşından xeyli azalma olur və imtahanı təkrar verməli olur.
 
Картинки по запросу İtkin düşən pilotun qayınatası Qabil Hüseynli
 
- Qabil bəy, nə qədər çətin bir vəziyyətdə qaldığınızı bilirik. Xüsusilə də atalarının yolunu gözləyən nəvələrinizə söz deməyə çətinlik çəkdiyinizi yaxşı anlayırıq. Uşaqları necə ovundurursunuz bu günlərdə? 
 
- Böyük oğlunun 7 yaşı var. Biz ona deyirik ki, atan Türkiyəyə gedib, ordan Suriyaya göndəriblər, daha nələr. Deyir atam görüntülü telefonla niyə bir dəfə zəng edib bizimlə maraqlanmır? Deyir zəng edin, atamla danışmaq istəyirəm. Dünən kimsə küçədə uşağa nəsə deyib, o da ağlaya-ağlaya evə çıxıb ki, niyə mənə sözün düzünü demirsiniz? Uşağı sakitləşdirmək olmur. Uşaq dolmuş vəziyyətdədir, elə bil ki, ürəyinə nəsə damıb. Çox qəmgindir, əvvəlki şənlənmək, oynamaq, qaçmaq həvəsi qalmayıb. Daim gözlərini bir nöqtəyə dikir, fikrə gedir. Kiçik oğlunun 3 yaşı var...

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı