"Amerika planına görə Səddamdan sonra ordu hakimiyyəti ələ almalı idi" ABŞ kəşfiyyatçısı sirrləri açdı - EKSKLÜZİV

Müsahibələr 14:19 31.08.2019

Yaxın Şərqdə zorakılıq və humanitar böhran dünya siyasi arenasının əsas mövzusuna çevrilib. Uzun müddətdir ki, İraq terrorizmdən və zəif dövlət quruluşundan əziyyət çəkməkdə davam edir. Bu xaos İraq lideri Səddam Hüseynin ölümündən sonra yaranıb. Yaxın Şərqdə belə qarışıqlığın səbəbi barədə düşüncələr çox fərqlidir. Bəziləri ABŞ-ı ittiham edir, bəziləri isə Səddam Hüseyn rejimini günahlandırır.

Eurasia Diary Səddam Hüseyn dövründə İraq və Fars körfəzində bir neçə missiyada iştirak edən kəşfiyyatçı, istefada olan ABŞ polkovnik-leytenantı Rik Frankona ilə söhbətləşib.

Qeyd edək ki, Rik Frankona müəllif, şərhçi və hərbi analitikdir. O, ABŞ Hərbi Hava Qüvvələrinin kəşfiyyat zabiti kimi fəaliyət göstərib. Rik Frankona Milli Təhlükəsizlik Agentliyi, Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsi və Mərkəzi Kəşfiyyat İdarəsi ilə Vyetnam və Körfəz müharibələrində müxtəlif əməliiyatlarda iştirak edib.

- Səddam Hüseynin şəxsiyyəti və onun Yaxın Şərqdəki nüfuzu barədə nə deyə bilərsiniz?

- Bu təbii ki, kimin və harada olduğundan asılıdır. Körfəz ərəbləri (xüsusən Küveyt və Səudiyyəlilər) 1990-1991-ci illərdə ona qarşı müharibə aparıblar, onu qatil bir manyak hesab edirdilər. Bəzi sünni ərəb dairələrində, xüsusən də İraqda o qəhrəman kimi qəbul olunur. Hətta devrildikdən və edam edildikdən sonra yenə də böyük tərəfdar kütləsi var. Bu gün həmin iraqlılarla danışarkən, onun hakimiyyətdə olduğu dövrə aid nostalji mövcuddur. Əlbətdə ki, Səddamın rəhbərliyi altında onlar inkişaf etmişdi və bu, ölkədəki kürdlərin və şiə ərəblərinin hesabına idi.

- Onu diktator adlandırmasına baxmayaraq, Səddam Hüseyn İranla müharibə zamanı ABŞ tərəfindən dəstəkləndi və bu müharibə bir neçə il çəkdi. Müharibədən sonra onu devirmək qərarına gəldilər. Bu nə mənaya gəlir? Səddamla bağlı problem və ya ABŞ siyasətindəki dəyişiklik?

- Mən şəxsən 1987 və 1988-ci illərdə ABŞ-ın İraqa dəstəyində iştirak etmişəm. Bundan əvvəl əlaqələrin hər iki ölkəyə fayda gətirməsi üçün qarşılıqlı kəşfiyyat mübadiləsi olmalı idi - İraqlılar İran qüvvələri haqqında məlumat istəyirdilər, ABŞ-ı isə İraqdakı və bölgədəki, xüsusilə də Livanda terror qruplaşmaları haqqında məlumatlar maraqlandırırdı. Xatırlayın ki, bu zaman Amerikalılar və Qərblilər bu ölkədə girov götürülürdü.

İraqa əsl dəstək 1988-ci ildə gəldi. ABŞ kəşfiyyat qurumları güman edirdi ki, İran yazda hərbi hücuma başlaya bilər və onlar Bəsrədə İraq xəttini qıraraq müharibədə qalib gələ bilərlər. Müdafiə Nazirliyi bunun qaşısını almağa istiqamətləndi və iraqlılara davamlı bir kəşfiyyat məlumatlarının axını təmin edildi. Mən bu proqramda iştirak edən məmurlardan biri idim.

1991-ci il 3 Mart, Körfəz müharibəsi sülh danışıqları - Rik Frankona, General Norman Şvarzkopf və İraq generalı Sultan Əhməd Həşim

Səddamın devrilməsinə gəlincə, 1990-cı illərin ortalarında ABŞ tərəfindən dəstəklənən cəhdlər mövcud idi. 1991-ci ildə Küveyt azad edildikdən sonra aydın oldu ki, iraqlılar məğlub olsalar da, yenə də qonşuları üçün təhlükə yaradırlar. Bu zaman, Səddamın kütləvi qırğın silahı - kimyəvi silahlar yaratmaq istəyinə inanılırdı. Amerika öz qüvvəsini əsasən kürd qrupları olan İraq müxalifət qruplarına dəstəyə cəmləşdirdi, baxmayaraq ki, bir çox hallarda iki böyük kürd qrupu Səddam Hüseynə deyil, bir-birlərinə qarşı yönəlmişdi.

Rik Frankona Peşmərgə liderindən biri ilə

2003-cü ilə qədər ABŞ rəhbərliyinə Səddamı hakimiyyətdən uzaqlaşdırmaq üçün istər daxili, istərsə də xarici güclü müxalifətin olmadığı aydın oldu. Artıq belə görünürdü ki, onu hakimiyyətdən uzaqlaşdırmaq üçün, kənar hərbi qüvvə tələb oluna bilərdi.

- Səddam Hüseyni qəddar diktator adlandırırdılar. Şərqin sərt bir region olduğu və əgər lider təzyiq göstərməsə, anarxiya ola biləcəyi fikri ilə razısınızmı? Çünki Səddam Hüseynin ölümündən sonra terror dalğaları yarandı.

- Səddam qəddar diktator idi. Onun dövründə müxalifətçi olmağa ölüm hökmü düşürdü. Səddam İraqda müxtəlif qrupları - ərəb qəbilələri, kürd qrupları, hətta şiələr də daxil bir-birilərinə qarşı oyun qurmaqda mahir usta hesab olunurdu. Səddam devrildikdən sonra ABŞ-ın İraq ordusunu dağıtmaq və BƏƏS Partiyasını ləğv etmək kimi fəlakətli qərarı ölkədə böyük güc vakkumu yaratdı. Bu, vətəndaş müharibəsinə səbəb olan üsyanların əsas katalizatoru idi.

- Səddam Hüseyn qanunu pozduğuna görə edam edildi. Səddamı edam etmək düzgün qərardırmı, hətta ABŞ maraqları baxımından?

- Səddam yalnız bir davaya görə edam edildi - düşünürdüm ki, onu yalnız Ducayl kəndindəki qətllərə görə deyil, bütün cinayətlərinə görə mühakimə etməli idilər. Bu diktator üçün qalan nostaljiyə son verə bilərdi, amma iraqlılar - Şiə rəhbərliyi, ABŞ əleyhinə müqavimət hərəkatını liderdən məhrum etmək üçün onu öldürmək niyyətində idi.

ABŞ Mərkəzi Kəşfiyyatına xidmət edən Rik Frankona İraqda kürd peşmərgələrinin döyüş formasında 1996-cı il

 

- Səddam Hüseynin ölümü Yaxın Şərqdə İranı rəqibsiz etdi və bu onları daha da gücləndirir. İranın əsas rəqibini devirmək ağıllı qərardırmı?

- Razıyam ki, Səddamın uzaqlaşdırılması İran təsirinin artması üçün şərait yaratdı. Vəziyyəti bu hala salan Səddamın devrilməsi deyil, İraq ordusunun dağılması idi. Orijinal Amerika planına görə Səddamdan sonra ordu hakimiyyəti ələ almalı idi. Ordu dağıldıqdan sonra yeni İraq yaradılacağına söz verilmiş 300 minlik heyət işdən çıxdı və bütün problemlərin səbəbi olan problemləri yaratdı: vətəndaş müharibəsi, İŞİD-in yüksəlişi, İranın yalnız Körfəzdə deyil, bütün Yaxın Şərqdə hegemon olmağa çalışması.

Müsahibəni götürdü: Ülvi Əhmədli

Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK — VİDEO

Xəbər xətti

Uşaq bağçalarının 40-a yaxın müdiri İŞDƏN ÇIXARILIB – RƏSMİ
12:40 18.04.2024
Ermənilərin Xudavəng monastırında törətdiyi vandalizmlə bağlı lazımi addımlar atılacaq - RƏSMİ
12:35 18.04.2024
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
12:27 18.04.2024
Sabah 27 dərəcə isti olacaq
Sabah 27 dərəcə isti olacaq
12:23 18.04.2024
Paşinyan: "İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginlik yaradacaq"
12:05 18.04.2024
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
12:00 18.04.2024
Dövlət Xidməti: “Amaras monastırında monitorinqlər aparılıb”
11:55 18.04.2024
“Ermənistanın etnik təmizləmə haqqında iddiaları əsassız olaraq qalır” – Samuel Uordsvors -VİDEO
11:54 18.04.2024
Çingiz Abdullayev: “Artıq o dünyada olmuşam, heç qorxmuram”
11:49 18.04.2024
Rəhman Mustafayev Ermənistan nümayəndəliyini belə İFŞA ETDİ - VİDEO
11:43 18.04.2024
Azərbaycanlı şahmatçı yenə uduzdu
Azərbaycanlı şahmatçı yenə uduzdu
11:35 18.04.2024
Sülhməramlıların mövcudluğu Azərbaycan üçün təhlükə idi? - Politoloqdan RƏY
11:30 18.04.2024
Aprelin 21-də buraxılış imtahanı keçiriləcək
11:27 18.04.2024
İqtisadiyyat nazirinin müavini təyin olunan Anar Axundov kimdir? – DOSYE
11:20 18.04.2024
İqtisadiyyat nazirinə yeni müavin TƏYİN OLUNDU
11:17 18.04.2024
AB sammitində Türkiyə- Kipr ilə bağlı bəyannamə
AB sammitində Türkiyə- Kipr ilə bağlı bəyannamə
11:15 18.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 3 gün bağlı olacaq
11:05 18.04.2024
Aytən Səfərovanın vəziyyəti açıqlanıb
11:00 18.04.2024
Aİ liderləri İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər
Aİ liderləri İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər
10:55 18.04.2024
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un SATILACAQ
10:50 18.04.2024
Yeni qanun qadınlara təzyiqi artıra bilər
Yeni qanun qadınlara təzyiqi artıra bilər
10:45 18.04.2024
Paşinyan: "Azərbaycanlılarla ünsiyyət qurmaq istəmirsinizsə, qurmayın"
10:35 18.04.2024
Umud Mirzəyev: “Rusiya sülhməramlılarının Qarabağı tərk etməsini anbaan gözləyirdim”
10:30 18.04.2024
Satanovski: Rusiyanın Cənubi Qafqazdakı mövcudluğu başa çatıb
10:20 18.04.2024
Teslanın Hindistan planı
Teslanın Hindistan planı
10:15 18.04.2024
Fukusimanın radioaktiv tullantı suları okeana axıdılacaq
Fukusimanın radioaktiv tullantı suları okeana axıdılacaq
10:13 18.04.2024
Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK — VİDEO
10:10 18.04.2024
ABŞ Dövlət Departamenti Azərbaycan mətbuatının sorğusunu cavablandırdı
10:05 18.04.2024
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
10:00 18.04.2024
Nazir: COP29 ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı dəyərləndirilib
09:55 18.04.2024
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
09:40 18.04.2024
Xankəndidə xeyli silah-sursat aşkarlanıb
09:37 18.04.2024
Beynəlxalq Ədalət Məhkəməsi nə qədər ədalətlidir? - Umud Mirzəyev ŞƏRH EDİR – MÜSAHİBƏ – VİDEO
09:28 18.04.2024
Bu gün Başlıbel faciəsinin ildönümüdür
09:21 18.04.2024
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
09:15 18.04.2024
Ağdamda minaatan qurğular aşkar edilib
09:10 18.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var
09:00 18.04.2024
Stoltenberq təsdiqlədi: NATO-nun iclasında Zelenski də olacaq
05:50 18.04.2024
Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik
03:49 18.04.2024
Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov
01:48 18.04.2024
Hamısı