"Ayrı-ayrı dövlət qurumlarının KİV-lərinin bağlanmasının vaxtı çatıb" Əflatun Amaşov

Müsahibələr 18:12 04.09.2019

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun APA-ya müsahibə verib. 

Eurasia Diary həmin müsahibəni təqdim edir:

- Əflatun müəllim, son günlər qəzetlərlə bağlı məsələ müzakirə olunmaqdadır. Bu xüsusda dövlət qurumlarının media orqanları ilə bağlı məsələ də gündəmdədir. Necə düşünürsünüz, qəzetlər lazımdırmı? Ümumən məsələyə münasibətinizi bilmək istərdik.

- Dünya təcrübəsində rəsmi qəzetlər var. Hətta Yaponiyada rəsmi qəzetin tirajı 12 milyondur. Türkiyədə, Rusiyada, Avropanın demək olar, bütün ölkələrində rəsmi qəzetlərə təsadüf edilir. Bu nəşrlər dövlətin siyasətini təbliğ edirlər. Ayrı-ayrı qanunları, sərəncamları, fərmanları və digər normativ aktları yayımlayırlar. Onlardan irəli gələn vəzifələri göstərirlər. Hətta dövlət sənədləri çərçivəsindəki işlərin incəliklərini diqqətə çatdırırlar. Dövlət öz fəaliyyəti ilə əlaqədar cəmiyyətin daha çox informasiyalı olmasını istəyir. Məqsəd budur.

Dövlətin fəaliyyəti ilə əlaqədar informasiyaların cəmiyyətə dolğun şəkildə çatdırılması son dərəcə vacibdir. Bu işdə telekanallar da önəmli resurs sayılır. Dünyanın bir çox ölkələrində digər media orqanları kimi, telekanallar belə demək mümkünsə, kommersiya təmayüllü olurlar. Dövlət cəmiyyətin bu zərərli tendensiyadan müdafiəsini düşünür. İctimai televiziyaların yaradılması da müəyyən mənada bunun üçündür. İctimai televiziyalar sırf cəmiyyətin müxtəlif təbəqələrinin mənafelərindən irəli gələn məsələlərin işıqlandırılmasına köklənir.

Bundan başqa, onu da demək lazımdır ki, bir çox ölkələrdə ayrı-ayrı partiyalar da öz mətbuat orqanlarını yaradırlar. Bu addım həm cəmiyyəti fəaliyyətləri ilə əlaqədar daha dolğun işıqlandırmaq, həm də üzvlərinin, tərəfdarlarının sayını artırmaq məqsədi daşıyır.

O ki qaldı Azərbaycana, ölkəmizdə də təxminən eyni mənzərədir. Ayrı-ayrı partiyalar özlərinin ideyalarını yaymaq üçün kütləvi informasiya vasitələri təsis edirlər. Bu, normal haldır.

Onu da deyim ki, dünyanın heç bir ölkəsində yazılı mediadan imtina ənənəsi yoxdur. Doğrudur, print medianın mövqeyi zəifləyib. Bu, informasiya texnologiyalarının inkişafı ilə əlaqədardır. Ancaq hər bir halda qəzetlər saxlanılır. Onlar günümüzün salnaməsini yaradırlar. Bilmək olmaz ki, əlli və ya yüz il sonra internet olacaq, ya yox. Ancaq mətbu nəşrlər əsrlərdir ki, müxtəlif dövrlərlə bağlı informasiya mənbələri, tədqiqat materialları funksiyasını yerinə yetirirlər. Etibar qazanıblar. Onların üstündən xətt çəkilə bilməz.

Azərbaycanda da mətbu nəşrlər saxlanılmalıdır. Dövlətin siyasətini yayan mətbuat orqanları da həmçinin. Məsələn, «Azərbaycan» qəzeti. Milli Məclisin orqanı kimi fəaliyyət göstərir. Ancaq onun birbaşa vəzifəsi ölkə rəhbərliyinin qərarlarını, o cümlədən Milli Məclisin qəbul etdiyi qanunları işıqlandırmaqdır, cəmiyyətə dolğun şəkildə çatdırmaqdır. Bu missiyanı da həyata keçirir.

Azərbaycanda ayrı-ayrı nazirliklərə, komitələrə məxsus mətbuat orqanları da var. Onların mövcudluğu ilə bağlı müzakirə aparıla bilər. Hansısa dövlət qurumu öz fəaliyyəti ilə bağlı informasiyanı özünə məxsus KİV-də yayımlayır. Burada əvvəla informasiya müəyyən mənada lokallaşır. Hansı ki, o məlumatları bütövlükdə cəmiyyətin bilməsi lazımdır. Digər tərəfdən, dövlət qurumlarının büdcələrində təbliğat məqsədilə vəsait nəzərdə tutulur. O vəsaitin həmin qurumlara məxsus KİV-lərə yönləndirilməsi düzgün deyil. Vəsait müstəqil qəzetlərə yönləndirilməlidir. Bununla bağlı çıxışlarım olub. Hesab edirəm ki, ayrı-ayrı dövlət qurumlarının KİV-lərinin bağlanmasının vaxtı çatıb.

Bölgələrimizdə də oxşar mənzərə var. Qəzetlər yerli icra strukturlarının orqanı kimi fəaliyyət göstərir. Burada təsisçinin qəzetin kollektivinin göstərilməsi formal xarakter daşıyır. Əmin olmaq lazımdır ki, yerli icra hakimiyyəti orqanlarının büdcələrində təbliğat üçün ayrılmış vəsait hara və necə xərclənir. Axı, bölgə qəzetlərinin vəziyyəti ürəkaçan deyil. Üstəlik dövlət qurumunun orqanı statusunu daşımaq onların Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyəsindən bəhrələnmələrinə imkan vermir. Bu məsələ də həllini tapmalıdır.

- «Dini etiqad azadlığı və dini qurumlar haqqında» Qanuna dəyişiklik edilməsi məsələsi ətrafında müzakirələr gedir. Xüsusən qanuna rəsmi qəzetlərdə başsağlığı elanının verilməsinin qadağan edilməsi ilə bağlı müddəanın əlavə olunması ətrafında. Sizin məsələyə münasibətinizi bilmək istərdik?

- Ümumən bu məsələdə kardinal dəyişikliklər lazımdır. Söhbət yalnız başsağlığının qadağan edilməsindən getməməlidir. Çox təəssüf ki, Azərbaycanda yas mərasimləri toy mərasimlərindən yalnız masaya spirtli içki verilməməsi ilə fərqlənir. Bu barədə çox yazılıb, çox deyilib, amma nəticəsi olmayıb.

Faciə ilə üzləşən insan bilmir dərdini çəksin, yoxsa yas mərasimini yola verməyi düşünsün. İnsanlar var ki, borca düşürlər. Dəbdəbəli yas mərasimi vermək sanki dəb halını alıb, kimsə geridə qalmaq istəmir. Burada konkret qaydalar tətbiq edilməlidir. Eləcə də toy mərasimlərində. Onların da tənzimlənməsinə ciddi ehtiyac var. Hesab edirəm ki, haqqında müzakirə aparılan qanunda bunlar daha çox nəzərə alınmalıdır.

O ki qaldı KİV-lərdə başsağlığı verilməsinə, bu, dünyanın hər yerində var. Hətta dəfn elanları, vida mərasimləri ilə bağlı elanlar da verilir. Dövlət qəzetində başsağlığı verilməsi məsələsi, hesab edirəm ki, hazırkı durumda təsisçi ilə redaksiya kollektivinin birgə qərarından asılı olan məsələdir.

- Tezliklə parlamentin payız sessiyası öz işinə başlayacaq. Hansı məsələləri qabartmağı düşünürsünüz?

- Parlamentdəki çıxışlarımda bir qayda olaraq həm seçicilərimin, həm də medianın maraqlarından irəli gələn məsələlər barədə söz açıram. Deputatı olduğum Saatlı kənd təsərrüfatı rayonudur. Rayonda su problemi var. Kür çayından rayona yeni su kanalı çəkilməsi ilə bağlı məsələ qaldırmışdım. Artıq həllini tapmaq üzrədir. Kanalın çəkilişi istiqamətində ilkin işlər görülür. Ölkə rəhbərliyinin məsələyə diqqətindən məmnunam.

Digər tərəfdən, əlbəttə ki, medianın problemlərinə diqqət yetirəcəm. Bu xüsusda əlavə dəyər vergisi məsələsini yenidən gündəmə gətirəcəm. Hesab edirəm ki, ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları ƏDV-dən azad olunmalıdır. Bu verginin tətbiqi medianın iqtisadi durumuna mənfi təsir göstərir.

Onlayn medianın maliyyələşməsi məsələsi də gündəmdə olacaq. Bu da çox vacibdir.   

İnternet medianın hüquqi statusunun müəyyənləşdirilməsi, informasiya təhlükəsizliyi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi də vacib məsələlərdəndir. Medianın özünütənzimləməsində effektivliyi artırmaq üçün əlbəttə, Mətbuat Şurasının da təşkilati-hüquqi formasının dəyişdirilməsinə, qurumun səlahiyyətlərinin genişləndirilməsinə önəm verilməlidir.

- Əflatun müəllim, Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısının təşkili də nəzərdə tutulur. Toplantıya hazırlıq işləri gedirmi?

- Azərbaycan Mətbuat Şurası 2005-ci ildən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının üzvüdür. Qurumun illik toplantıları növbəlilik əsasında təşkilata üzv ölkələrdə keçirilir. Bu il də Azərbaycanda təşkili planlaşdırılır. Mətbuat Şurası bununla bağlı hazırlıq işlərini davam etdirir. Tədbir sentyabrın 12-13-ü Bakıda keçiriləcək.

Ümumən Ümumdünya Mətbuat Şuraları Assosiasiyası beynəlxalq miqyasda kifayət qədər nüfuza malik qurumdur. Onun illik toplantılarında üzv təşkilatların hesabatları ilə yanaşı, dünyada söz və ifadə azadlığı ilə bağlı tendensiyalar müzakirə olunur. Belə bir tədbirə layiqli şəkildə evsahibliyi olduqca zəruridir. İnanıram ki, bu istiqamətdə üzərimizə düşən vəzifənin öhdəsindən gələ biləcəyik.

 

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Nigerlə Benin arasında neft qalmaqalı yaşanır
21:20 12.05.2024
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
21:00 12.05.2024
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
20:45 12.05.2024
Şuşada 23 rəssamın əsərləri nümayiş olunur
20:30 12.05.2024
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
20:20 12.05.2024
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
20:00 12.05.2024
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub
19:40 12.05.2024
Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb
19:20 12.05.2024
NASA Marsa 2 ayda gedə biləcək raket hazılayır
19:00 12.05.2024
ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı məlum olub
18:40 12.05.2024
XİN Braziliyaya başsağlığı ünvanlayıb - FOTO
18:20 12.05.2024
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
18:00 12.05.2024
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Hamısı