"Vaxtilə vəzifədə olan insanların hər biri İlham Əliyevin siyasətinə sadiq insanlardır" Əli Əhmədov Siyavuş Novruzovu təkzib etdi

Müsahibələr 21:17 09.09.2019

Baş Nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov Trend-ə müsahibə verib.

Eurasia Diary həmin müsahibəni təqdim edir:

- Əli müəllim, son dövrlərin əhəmiyyətli siyasi meyllərindən biri geniş spektrli siyasi qüvvələrin Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləməsindən ibarətdir. Bunun səbəblərini Siz nədə görürsünüz?

- Azərbaycanın inkişafı, uğurlarımız, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan möhtəşəm addımlar göz qabağındadır. İnsanlar Prezident İlham Əliyevin siyasətini, onun nəticələrini yüksək qiymətləndirir. Biz bunu əhalinin bütün təbəqələrinin davranışında və baxışlarında hiss edirik. Hesab edirəm ki, dediyiniz geniş spektrli siyasi qüvvələrin hökümətin siyasətini dəstəkləməsi ilk növbədə bununla əlaqədardır. Onlar bununla dövləti, dövlətçiliyi partiya maraqlarından üstün tutduqlarını nümayiş etdirirlər. Mahiyyət etibarilə, Yeni Azərbaycan Partiyası onlarla siyasi rəqib olsa da, dövlətçilik maraqları naminə vahid mövqe nümayiş etdirilməsini alqışlayırıq. Başqa bir səbəbi də vurğulamaq olar. Prezident İlham Əliyevin dövlət maraqlarının ən yüksək səviyyədə ifadə olunmasına və həyata keçirilməsinə yönəldilmiş siyasəti eyni zamanda həmin maraqlar naminə bütün siyasi qüvvələrin birliyini, dialoqunu və əməkdaşlığını həm nəzərdə tutur, həm də mümkün edir. Hakimiyyət milli maraqlar naminə konstruktiv mövqedə olan siyasi partiyaların vahid mövqeyinin formalaşmasını alqışlayır və bu zəmində əməkdaşlığa hazır olduğunu bildirir. Yaxşı haldır ki, siyasi partiyaların böyük bir qismi dediyim bu xətti dəstəkləyir və adekvat cavab verir. Nəticədə müxtəlif siyasi partiyaların ümummilli məsələlərdə vahid mövqeyinin yaranması, səmərəli əməkdaşlığı sahəsində ciddi irəliləyişlər əldə edilmişdir.

- Yeni Azərbaycan Partiyasının bir sıra tanınmış simaları milli maraqlar naminə hakimiyyətlə əməkdaşlıq mövqeyində olan partiyaları, onların rəhbərlərini yumşaq şəkildə desək, qeyri-səmimilikdə suçlayır, onları hətta düşmən adlandırmaqdan belə çəkinmirlər. Deputatlar Eldar İbrahimovun və Tahir Rzayevin bu məzmunda verdiyi müsahibələr partiyanızın mövqeyidir, yoxsa onların şəxsi mövqeyi?

- Mən qaldırdığınız məsələ ilə əlaqədar partiyamızın mövqeyini yuxarıda bildirdim. Bu gün ölkəmizdə həyata keçirilən siyasətdə milli birlik, milli həmrəylik ideyası mühüm yer tutur. Biz bunu sadəcə bəyanat kimi deyil, real siyasət olaraq qəbul edir və həyata keçirilməsi naminə real addımlar atırıq. Həmin fundamental dəyərlər naminə bütün insanların, siyasətçilərin, partiyaların və ya ictimai təşkilatların birləşməsinə nail olmağa çalışmağımız əsas vəzifələrdəndir. Dövlətçilik naminə əməkdaşlıq etdiyimiz hər kəsə və hər bir siyasi partiyaya hörmətlə yanaşırıq, onlara vətənini və dövlətini ürəkdən sevən insanlar kimi baxırıq. Düşünürəm ki, onları qeyri-səmimilikdə suçlamağa heç bir əsas yoxdur və partiyamız kiməsə belə bir səlahiyyət verməyib. Bu gün Milli Məclisdə təmsil olunan partiyaların nümayəndələri xalqın elçisidir, onun səsi ilə millət vəkili mandatını qazanıb. Hakim partiya kimi məmnunluğumuzu ifadə etmək istəyirəm ki, xalqın etimadı ilə Milli Məclisdə təmsil olunan ayrı-ayrı partiyaların nümayəndələri ümummulli məsələlərdə, islahatların həyata keçirilməsində Prezident İlham Əliyevi dəstəkləyir. Biz buna İlham Əliyevin yürütdüyü siyasətin bütün xalq tərəfindən dəstəklənməsinin daha bir ifadəsi kimi yanaşırıq. Bu, həqiqətən belədir. Azərbaycan siyasətində uzun illər tanınan həmin adamlar hörmət və nüfuz sahibləridir, partiya rəhbərləridir, ziyalılardır. Onlar əhalinin müəyyən qisminin maraqlarını ifadə edir və ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayırlar. Bunu görməmək və qiymətləndirməmək ədalətsizlik olardı.

- Əli müəllim, partiyanın vaxtilə yüksək vəzifə tutmuş keçmiş məmurlara münasibəti necədir?

- Uzun illər Yeni Azərbaycan Partiyasının iqtidarında vəzifə tutmuş bütün keçmiş məmurlara münasibətimiz onların vəzifədə olduğu dövrdəkindən fərqlənmir. Vəzifədə olarkən ciddi səhvlərə yol verdiyinə görə işdən kənarlaşdırılan və haqqında qanuna uyğun olaraq tədbirlər görülənlər istisna olunmaqla. Məmurun istefaya getməsi partiyanın ona münasibətinin dəyişməsi üçün əsas deyil və ola bilməz. İstefaya getmək onun cəzalandırılması deyil. Bizim hər birimiz nə vaxtsa istefaya gedəcəyik. Bunu normal yeniləşmə prosesi kimi qəbul etmək lazımdır və biz məhz belə edirik. İstefaya gedən və ya Milli Məclisə növbəti dəfə deputat seçilə bilməyən keçmiş millət vəkili yenə də bizim yanımızdadır, yenə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğur qazanmasına öz imkanları çərçivəsində dəstək verir. Onların xidmətləri və zəhmətləri də unudulmur. Əgər siz diqqətlə müşahidə edirsinizsə, həmin qəbildən olan insanlar partiyamızın keçirdiyi bütün tədbirlərdə iştirak edir, bizimlə bir sırada dayanır. Söhbət siyasi əqidədən gedir. Vaxtilə vəzifədə olan insanların hər biri Heydər Əliyev ideyalarına, İlham Əliyevin siyasətinə, dövlətə və dövlətçiliyə sadiq insanlardır. İstefaya çıxdıqdan sonra da onların hamısı həmin dəyərlərə sədaqətini saxlayırlar. Onlar bizim əqidə dostlarımız, yol yoldaşlarımızdır. Onlar bu iqtidarın təəssübünü çəkən, qədrini bilən, hər addımda onu dəstəkləyən hörmətli insanlardır. Onu da demək istəyirəm ki, hər bir iqtidarın gücü həm də onun daxili əqidə birliyində, qarşılıqlı inam və hörmət mühitinin olmasındadır. Biz keçmiş məmurları əqidə və sədaqət baxımından indi vəzifədə olan məmurlardan fərqləndirmirik. Onların hər biri xalqını, dövlətini, dövlətçiliyi və prezidenti yolunda sədaqət və fədakarlıq göstərmiş və göstərən dəyərli insanlardır. Biz bir yerdə daha güclü oluruq.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı