Qarabağda döyüşən mayorumuz üsyan etdi Qasım Süleymani Azərbaycan üçün nə edib?!

Müsahibələr 13:46 08.01.2020

İranın nüfuzlu generallarından biri olan Qasim Süleymani ABŞ tərəfindən öldürülməsi Azərbaycanda da böyük rezonans doğurub. Vətəndaşların bir qismi sosial şəbəkələrdə Süleymani haqqında tərif dolu yazılar yazıb, onun şəkillərini paylaşıb və ABŞ ordusunu lənətləyib. Digər qisimdən olan həmvətənlərimiz isə tam əksinə, bu şəxsin Azərbaycan üçün heç bir müsbət iş görmədiyinə işarə edərək onun şəxsiyyətinin ucaldılmasına etiraz ediblər.

Süleymaninin ölümünə vətəndaşların bir qisminin verdiyi reaksiya Qarabağ döyüşülərinin iştirakçısı, ehtiyyatda olan mayor, Qasim Yüsifovu qıcıqlandırıb. Qasim Yusifov öz həyat hekayəsini Eurasia Diary oxucularına danışıb:

Görüntünün olası içeriği: 1 kişi, ayakta, okyanus, gökyüzü, açık hava, su ve doğa

"Qasım Süleymanini milli qəhrəman zirvəsinə qaldıran azərbaycanlılardan soruşmaq istərdim, görəsən bu İran generalı Azərbaycan üçün nə edib?

Siz məni, Yusifov Qasım Cahangir oğlunu tanıyırsız?
Mən iki körpə qızını həyat yoldaşının ümidinə qoyaraq könüllü olaraq cəbhəyə yollanan Qasiməm, iranlı yox, əsl azərbaycanlı Qasim.

Həmin vaxt mən Qaradağ Sement zavodunda mühəndis işləyirdim. Lakin erməni yaraqlılarının xalqımıza qarşı zorakılığı, döyüşdə şəhid olan mərd qardaşlarımızın qanı, itirdiyimiz cənnətdən gözəl torpaqlar məni hər şeyi atıb cəbhəyə yollanmağa vadar etdi.

1991 ci ildə, Milli Ordumuza yazıldım. Sonra aralıqsız döyüşlər, hücumlar, müdafiələr... . Kəlbəcərdə, Laçında, Ağdamda, Fizulidə, Tərtərdə girmədiyimiz məntəqə, döyüşmədiyimiz səngər qalmamışdı...


Müharibə dövründə mənə ən təsir edən məqamlardan biri eynən bizim kimi şiə-müsəlman ölkəsi olan İranın ermənilərə dəstək verməsi idi. İndiyədək yadımdadır ki, döyüşlər zamanı ermənilərdən aldığımız  səngərlər İran istehsalı olan konservlərlə və spirallı geyim paltarları ilə dolu idi. Halbuki, biz nəyinki qida, geyim, heç atmağa güllə tapmırdıq. İranlılarsa ermənilərə müxtəlif döyüş ləvazimatları, qida və s. satmaqla varlanırdılar. Biz qan tökürdük, vətən uğrunda vuruşurduq, amma onlar sadəcə varlanırdılar...
 

Ona görə də mən müharibədə məğlubiyyətimizin əsas səbəblərindən biri kimi sapı özümüzdən olanların xəyanətindən savayı Rusiya və İranın erməniləri dəstəkləməsini görürəm.

Yenidən qayıdıram əvvələ. Mən Azərbaycanımızın bütövlüyü uğrunda döyüşən zabitəm, mayoram. Məni tanımırsınız, ya da tanımaq istəmirsiniz.

Mən, 701 nömrəli hərbi hissədə Artilleriyanın Rabitə Rəisi və Tank Əleyhinə Divizyonun komandiri kimi vəzifələrdə xidmət etmişəm, sona qədər torpaqlarımız uğrunda döyüşmüşəm. Amma bu vaxta qədər uğruna vuruşduğum, yaralandığım, iki balamı, ailəmi tək qoyduğum xalq məni bir dəfə də olsun yadına salmayıb, tanımayıb, bilməyib. Məsələ tanınmaq da deyil, biz zabitik və ictimaiyyətə qapalı həyat yaşamışıq. Ona görə də xalqın bizi tanımaması normal haldır. Lakin məni bu gün qəzəbləndirən şey odur ki, mən və mənim timsalımda Qarabağda can qoymuş minlərlə veteranın, qazinin diqqətsiz qaldığı bir ölkədə hansısa İran generalı az qala milli qəhrəman elan edilir, şəhid adlandırılır.

Məni, mənim kimi vətəniniz, ailəniz, ana-atanız, namusunuz, yolunda canla-başla vuruşmuş, qazi olmuş adamları tanımadan, bilmədən, Qasim Süleymani kimi başqa bir dövlətin zabitlərini qəhrəman elan edirsiz eləmi?! Hayıf, çox hayıf..."

Nicat İSMAYILOV

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı