Aprel döyüşləri-şanlı zəfəri yazan tarix "Özü 20 yaşında olsa da, ruhu özündən əvvəl böyüyən balam”

Müsahibələr 10:53 06.04.2020

Vətən üçün ölməksə, qədərim.

Böylə qədərin əllərindən öpərim!

(Mehmet Akif Ersoy)

Şanlı zəfərin gəldiyi gün Vətən öz qanları ilə tarix yazacaq mərd oğulların adlarını tarixin qızıl səhifələrinə yazırdı. Bir-birindən mərd olan rəşadətli ordunun igidləri gələcək nəsillər üçün mərdlik və qəhrəmanlıq dastanı yazdılar.

Bu dastanın qəhrəmanlarından biridə Şəhid Bağırzadə Firdovsi Əliş oğlu idi.

O, 1sentyabr 1996-ci ildə Yardımlı rayonunda dünyaya gəldi. Altı yaşı olarkən, atasını itirdi. Ailəsi ilə birlikdə Masallı rayonun Güllütəpə kəndinə köçdülər.

“Mənim oğlum, zəhmətkeş idi. Əlləri qabarlı, qayğıkeş balam, özü 20 yaşında olsa da, ruhu özündən əvvəl böyüyən balam”.

Bu sözləri Aprel Şəhidi Firdovsi Bağırzadənin anası Sehranə ana söylədi.

Övladım 6 yaşında olanda atasını itirdi. 8 yaşında olarkən, mənimlə bərabər işləyirdi. Min bir əziyyət və zəhmətlə iki övlad böyütdüm. Oğlum Firdovsi, qızım Fidan.

Uşağım hələ az yaşından işləməyə başladı mənim və bacısının qayğısına qalırdı. Uşaqlıqdan hərbi məktəbə yazılmaq istəyirdi. Cəmşid Naxçıvanski adına hərbi məktəbə sənəd vermişdir. Lakin imkan buna əl vermədi.

Həmin ərəfələrdə mən xəstəlik keçirdim və əməliyyat oldum. Buna görə o, oxuya bilmədi. Rayonda qalıb, işləməli oldu.  Məktəbə gedər, dərsdən çıxandan sonra işləyərdi. Elə sakit uşaq idi ki, düşündükcə insan özünə yer tapa bilmir. Hələ də öz adını söyləyə bilmirəm, uşaq deyirəm...

 O mənim gözümdə indi də var olan uşaqdır. Öz sakit xarakteri ilə hər kəsin hörmətini qazanmışdı. İndi tək təsəllim balamın şəkilləri ilə bəzənən bu otaqdır.

 

Əsgərlikdə olarkən, o qədər şəkillər çəkdirmişdir ki, görüşünə gedəndə hamısını verib, bərk-bərk tapşırdı ki, ana bütün şəkillərimi çıxart.

Elə bil şəhid olacağı ürəyinə danmışdı. Kəndə qayıdanda düz 70 şəkil birdən çıxartdım. Baxın, oğlumdan qalan tək şəkillər bunlardır.

Övladım 2 aprel tarixində şəhid oldu.

Aprelin 1-dən 2-sinə keçən gecə yuxu gördüm. Gördüm ki, üzərimə böyük ağac aşıb, düşür. Hay-haray düşüb, ağacı üstümdən qaldıra bilmirlər.

Həmin gecəni səhərə kimi gözüm açıq qaldı. Allahım sən balamı qoru dedim.

Yenə sükut və yenə gözlərdə sel olan ana fəryadı...

Sehranə ana özünü toplayıb, söhbətinə oğlunun ailə canlı olduğunu tək istəyi bacısının toyunu təm-təraqlı keçirmək istəyi olduğunu söylədi.

Əsgərlikdə olanda zəng edib, danışanda deyirdi ki, ana çağrılan toylara get, qoy deməsinlər ki, atasızdılar deyə toylarında az adam iştirak edib...

Kövrək qəlbli ana, baxışın dağları belə lərzəyə gətirir.

Cümlələr sənin gözlərin qarşısında acizdır.

İmkanım olmadığından yanına tez-tez gəlib, gedə bilmirdim. Balam məni görmək istədi, amma gedə bilmədim. Hələ də var özümü bağışlaya bilmirəm. Ən sonuncu dəfə onunla martın 28-i danışdım. Bacısı ilə danışmaq istədi, nəsə oldu danışa bilmədi. Dedi ki, “silahlarımızı yığıblar, aprelin ilk günlərində gələcəm, bacım Fidana allı-şanlı toy edəcəm. Bacım Fidanı sənə əmanət edirəm, özünüzdən muğayət olun,ana.”

Son sözü bu idi.

Aprelin 1-i gələcəkdi. Dayısıyla qurbanlıq bir qoyun almışdıq…

Amma olmadı... 

Aprelin 2-si qardaşım zəng elədiki, bəs dayımızın yoldaşı rəhmətə gedib, tez gəl! Dedim ki, işdən çıxıb, gələrəm, baş sağlığı verərəm.

Qardaşlarım daha heçnə demədən məni aparamaq üçün  adam göndərdilər. Yolda elə məni sual alıb, aparmışdı. Axı belə olanda qardaşlarım gəlib, məni aparırdılar? Nə olub? Görəsən uşağa bir şey olmayıb? Ana ürəyi hər şeyi hiss edir. Hiss edirdim ki, uşağıma nəsə olub?!

Artıq çatanda nə olduğunu gördüm...

Şəhidlər ölməz, mənim balam, burada bizimlədi. Hər gün bu otağa gəlirəm, onun şəkilləri ilə danışıram. Bircə səsi qulağımdan getmir.

Qızım Fidanın toyunu görə bilmədi.

Bilirsiniz, indi tək təsəllim dayısının adını daşıyan nəvəmdir. Onu böyüdüb, xoş gününü görmək istəyirəm.

 

 

May ayının 4-ü 2 yaşı tamam olacaq.

Əslində aprelin 26-sı doğulub. Oğlumun Şəhid olduğu aydır, deyə bacısı Firdovsinin doğum gününü 4 may tarixinə keçirib. Balaca Firdovsi mənim yanımda qalır.

Körpəylə birlikdə onun məzarını ziyarət edirəm. Ana üçün bu ağır dərddir. Oğlum Vətən uğrunda şəhid oldu.

 

Hər il aprel ayında müəllimləri, dostları, doğmaları onun məzarını ziyarət edirlər.

Nə deyim?!...

Çətin həyatından  nə qədər kitab yazılsa, səhifələrə yerləşməz! Arzuları dünyasından böyük idi balamın.

Şəhid Firdovsi Bağırzadənin bacısı Fidan xanım, qardaşım haqqında danışmaq o qədər çətindir ki, cümlələrim aciz qalır.

Şəhid bacısının baxışı bir kitaba bəs edər. Cümlələr onun  baxışı önünüdə acizdir.

 

 

Qardaşmla fəxr edirəm! Bilirəm ki, o, hər zaman bizimlədi. İki oğlan övladı anasıyam.  Böyük oğlum qardaşımın adını daşıyır. Bir ana kimi övladlarımı dayılarına layiq vətəndaş kimi yetişdirməyə çalışıram.

Boğazında düyünlənən kəlmələri gözlərindən axan yaşlar əvəz edir. Dil susur, gözləri isə hər bir ağrını biruzə verirdi.

Bağırzadə Firdovsi Əliş oğlu (ölümündən sonra) 19 aprel 2016-cı il  tarixində “Hərbi xidmətdə Fərqlənməyə görə”  3-cü dərəcəli medal ilə təltif edilmişdir. Xatirəsi əbədiləşdirilərək, Güllütəpə kəndində adına küçə verilmişdir.

Allah rəhmət etsin!

 

Günel Ağayeva

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı