ABŞ İraqdan qoşunlarını niyə çıxarır? Amerikalı hərbi ekspertdən ŞƏRH

Müsahibələr 11:31 11.07.2020

ABŞ Mərkəzi Komandanlığının generalı Frank McKenzie, çərşənbə axşamı İraqın baş naziri Mustafa əl-Kadhimi ilə görüşmək üçün Bağdada rəsmi səfər etdi. İclasda general McKenzie, İraqdakı ABŞ qoşunlarının sayının azaldılacağını bildirdi. Ötən aylarda isə ABŞ-ın Almaniyadan çıxdığı açıqlanmışdı. Hərbi qoşunların çıxarılması və ya yerinin dəyişdirilməsi ekspertlər arasında və mediada böyük marağa səbəb oldu.

ABŞ-ın bu addımlarını şərh etmək üçün Eurasia Diary hərbi ekspert Rik Frankonanın fikirlərini öyrənib.

Rik Frankona yazar, şərhçi və hərbi analitikdir. O, Milli Təhlükəsizlik Agentliyi, Hərbi Kəşfiyyat İdarəsi və Mərkəzi Kəşfiyyat İdarəsində çalışmış, Orta Şərqdə təcrübəsi olan, ABŞ Hərbi Hava Qüvvələrinin təqaüdə çıxmış  kəşfiyyat zabitidir.

- ABŞ niyə İraqdan və Almaniyadan qoşunlarını çıxarır? Demək olarmı ki, İran və Rusiya ABŞ üçün əvvəlki qədər təhdid sayılmır?

- İcazənizlə ilk olaraq Almaniya və Avropadan başlayım. Müdafiə Nazirliyinin bəyanatında Almaniyadan qoşunların çıxarılmasının "Rusiyaya qarşı dayanıqlığı artıracağı, NATO-nu gücləndirəcəyi, müttəfiqləri sakitləşdirəcəyi, ABŞ-ın strateji elastikliyini artıracağı” deyilirdi.

Amerika qüvvələrinin yerdəyişməsinin vaxtı çoxdan yetişib. Sovet İttifaqının və Varşava Paktının dağılmasından sonra Almaniyada bu qədər qüvvənin olmasına ehtiyac yox idi. Ancaq onların ABŞ-a qaytarılmasının da tərəfdarı deyiləm. Rusiya tərəfdən artan təhlükə və NATO-nun şərqə doğru genişlənməsi ilə ümid edirəm ki, ABŞ qüvvələri Polşada və ya Rumıniyada, ya da hər iki ölkədə yerləşdirəcək.

İraqa gəlincə, Amerika qoşunları İraqda və Suriyada İslam Dövləti (İŞİD) ilə mübarizədə iraqlılara kömək etmək üçün İraqa qayıdıb. Xatırladaq ki, 2011-ci ildə prezident Obama tərəfindən ABŞ qüvvələrinin İraqdan vaxtından əvvəl çıxarılmasından sonra İraq Ordusu korrupsiya, Nuri əl-Malik hökumətindəki idarəetmənin düzgün olmaması və rəhbərliyin olmaması səbəbindən xeyli zəiflədi. 2014-cü ildə İŞİD Mosul şəhərini ələ keçirdikdə bu ordu dağıldı.

İŞİD cənubdan Bağdada doğru irəlilədikdə və əraziləri ələ keçirdikdə İraq təhlükəsizlik qüvvələrinin xarici qüvvələrin köməyi olmadan bu qrupu dayandıra bilmədiyi aydın oldu. Belə bir yardım böyük sayda koalisiya hava qüvvələri tərəfindən dəstəklənən ABŞ-ın kiçik heyətli quru qoşunları oldu.

Təəssüf ki, Əl-Maliki də İrandan dəstək istədi və İran İslam İnqilabı Keşikçiləri tərəfindən hazırlanmış və silahlanmış bir sıra Xalq Səfərbərlik Birlikləri şəklində bu dəstəyi aldı.

ABŞ-ın dəstəklədiyi İraq təhlükəsizlik qüvvələrinin (polis, antiterror bölmələri və hərbi qüvvələr) imkanlarının artması ilə Amerika qüvvələrinin İranın ağalıq etdiyi   İraq hökumətində mövcudluğu artıq mümkün olmur. İraqlıların əksəriyyəti ABŞ-ın burada olmasını istəmir və eləcə də ABŞ-da orada qoşun saxlamağı istəyən az adam vardı. Bəli, İran Amerikanın bölgədəki maraqları üçün regional təhdid olaraq qalır, ancaq bu başqa yollarla həll edilməli olacaq. ABŞ-ın Fars körfəzində naviqasiya azadlığını qorumaq üçün İraqdakı qüvvələrə ehtiyacı yoxdur.

- Yaxın Şərqin Rusiya-Türkiyə döyüş meydanına çevrildiyini müşahidə edirik. ABŞ geri çəkilməyin və iki gücün bir-birini zəiflətməsinə imkan verməyin daha yaxşı olduğunu düşünürmü?

Rusiya və Türkiyə bölgənin iki ölkəsində - Suriya və Liviyada müharibəyə cəlb olunub. Hər iki cəbhədə Prezident Ərdoğan tərəfindən Türkiyənin "avantürizmi" ilə bağlı ciddi problemlərimiz olsa da, mahiyyət dəyişməz olaraq xətt qalır: Rusiya ABŞ üçün müxtəlif cəbhələrdə təhlükə yaradır; Türkiyə NATO-nun əsas müttəfiqidir.

Buna baxmayaraq, 2014-cü ildən bəri İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiya mübarizəsində Türkiyənin köməyi az oldu. Ərdoğanın səyləri İŞİD-i məğlub etməkdən daha çox Suriyadakı kürd əleyhinə əməliyyatlara yönəldildi, sanki türk lider kürdlərin hesabına İŞİD-ə dəstək vermiş olurdu. Faktiki olaraq Türkiyənin Suriyanın şimalına və şimal-qərbinə daxil olması İŞİD-in məğlubiyyətini təşviq etmək üçün heç bir şey etmədi, yalnız ölkədə Türkiyənin dəstəklədiyi daimi olmayan bir islamçı mövcudiyyəti görüntüsünü yaratdı.

Osmanlı dövlətinin yenidən bərpasının şahid oluruq? Bu inandırıcı deyil və yalnız atəş nöqtəsində olan Suriya əhalisinin hesabına Ərdoğanla Putin arasında gedən çəkişmədir.

Liviyada da vəziyyət yaxşı deyil. Türk müdaxiləsi hərbi əməliyyatların gedişatını Liviya Milli Ordusunun deyil, Liviya Milli Razılıq Hökumətinin xeyrinə dəyişsə də, hələ heç bir şeyin həll olunmadığı görünür. Hazırda burada ABŞ müttəfiqləri Misir və BƏƏ-nin dəstəklədiyi Rusiyayönümlü Haftarın başçılıq etdiyi LMO-ya qarşı Türkiyənin dəstəklədiyi MRH var. Bundan əlavə, Suriya hökuməti LMO-ya dəstək olarkən, Türkiyə Suriyalı muzdluları MRH uğrunda döyüşməyə göndərir.

Bu, gərginliyin artması üçün bir səbəbdir. Bölgənin digər bir ölkəsi olan Qətərdə Ərdoğan hərbi baza yaradıb. Bu onun lüzumsuz və faydasız Osmanlı avatürasıdır. O, üçüncü bir problemi yaratmazdan öncə diqqətini mövcud problemlərin həllinə yönəltməlidir.

- FTB direktoru Çinin ABŞ-ın təhlükəsizliyinə təhdid olduğunu deyir. ABŞ-ın bu ərazilərdən qoşunlarını çıxarıb Asiya-Sakit okean regionuna yerləşdirməsi gözlənilirmi?

Çin ABŞ-ın təhlükəsizliyi üçün uzunmüddətli gələcəkdə əsas təhdid olaraq qalır və çox yaxın gələcəkdə bu Rusları üstələyə bilər. Prezident Tramp Obamanın "Asiyaya doğru istiqamət alması"nı yavaşlatsa da, Çinin artmaqda olan gücünə və bu gücdən istifadə etmək istəyinə qarşı gələ bilmək üçün ABŞ-ın bölgədəki təsir gücünü artırmalı və ya alternativ olaraq Yaponiya, Cənubi Koreya, Filippin və Vyetnam, hətta Hindistan və Avstraliya ilə geniş millətlərarası birlik yaratmalı olacaq.

Çinin koronavirusa qarşı mübarizəsi ona müsbət xal qazandırdı. ABŞ və müttəfiqləri Çinin dünyanın qalan hissəsinə yönəlmiş zərərli davranışlarını əsas tutmalı və Pekini qəsdən ya da bilmədən epidemiyanın yayılmasındakı roluna görə cavab verməsi üçün təcrid etməyə çalışmalıdırlar.  

Ülvi Əhmədli

Məqalədə ifadə olunan fikirlər müsahibə məxsusdur və redaksiyanın rəsmi mövqeyini əks etdirmir.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı