"Ümidvaram ki, işğal edilmiş Azərbaycan əraziləri tezliklə azad olunacaq" Akko şəhərinin meri

Müsahibələr 18:31 16.07.2020

Mən dəfələrlə demişəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mən Azərbaycan xalqının tərəfindəyəm. Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş verən son hadisələr bir daha sübut etdi ki, Azərbaycan qeyri-müəyyən status-kvoya dözməyəcək, bu səbəbdən də Azərbaycanın mövqeyini ədalətli və beynəlxalq hüquq normalarına müvafiq hesab edirəm.

Bu fikri AZƏRTAC-a müsahibəsində İsrailin Akko şəhərinin meri Şimon Lankri bildirib.

“Mübahisəsiz və beynəlxalq səviyyədə qəbul edilmiş faktdır ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Ermənistanın bu təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu, öz torpaqlarında qaçqına çevrilən insanlar üçün real fəlakətdir”, - deyə Şimon Lankri qeyd edib.

“Biz israillilər sözdə deyil, əməldə gözəl bilirik ki, müharibə və terror nə deməkdir. Bir il bundan əvvəl, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə şəhərimizdə Azərbaycanın Xocalı şəhərində törədilən qanlı faciəyə həsr olunan səyyar sənədli fotosərgi ən yüksək səviyyədə keçirildi.

Azərbaycan xalqına qarşı törədilən erməni vəhşiliklərindən və vandalizmindən bəhs edən bu fotosərgi şəxsən məni sarsıtdı. Ümidvaram ki, işğal edilmiş Azərbaycan əraziləri tezliklə azad olunacaq və azərbaycanlı qaçqınlar öz doğma yurdlarına qayıda biləcəklər”, - deyə Şimon Lankri qeyd edib.

İsrailin Akko şəhərinin meri Tovuzda həlak olan azərbaycanlı əsgər və zabitlərin ailələrinə, bütün Azərbaycan xalqına İsrail Dövləti və xalqı adından dərin hüznlə başsağlığı verib.

“Azərbaycan xalqının tarixində bu çətin və həlledici anda İsrail xalqı adından, İsrailin Akko şəhərinin meriyası, Akko şəhərinin əslən Azərbaycandan olan çoxsaylı dağ yəhudiləri icması, “İsraildə Azərbaycan Evi” adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi naminə həlak olmuş əsgər və zabitlərin yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı vermək istəyirəm”, - deyə İsrailin Akko şəhərinin meri vurğulayıb.

Şimon Lankri qeyd edib ki, bir neçə il bundan əvvəl Azərbaycanda olarkən Azərbaycan xalqının səmimiliyinin və qonaqpərvərliyinin, tolerantlığının və multikulturallığının şahidi olub.

“Məhz əslən Azərbaycandan olan vətəndaşlar və mənim dostum, Azərbaycan əsilli dağ yəhudiləri icmasının başçısı Nexemiya Şirin Mixaeli və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut mənim üçün Azərbaycan adlı ölkəni kəşf etdilər. Onlar İsraildə daim fəxrlə deyirdilər ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, yəhudilər orada özlərini heç vaxt qərib hiss etməyiblər. Mən bu ölkəyə gedib, insanların yəhudilərə belə səmimi və mülayim münasibətini görəndə Azərbaycanın əsl və həqiqi dostu olmağımla fəxr etdim və qürur hissləri keçirdim”, - deyə Şimon Lankri bildirib.

Akko meri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına ümid etdiyini bildirib. “İsrail Dövləti dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır və mən də bu fikirlə həmrəyəm. Bu gün İsrail Dövləti və Akko şəhərinin meriyası Azərbaycan və Azərbaycan xalqı ilə birlikdədir”, - deyə Şimon Lankri şərh edib.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Əfqanıstanda mədəniyyət qətliamı: 100-dən çox musiqi aləti yandırılıb
14:42 27.05.2025
Özünə ad günü keçirən iş adamının evi qarət edildi
14:36 27.05.2025
"Rusiya “3+3” platforması çərçivəsində əməkdaşlığı davam etdirəcək"
13:39 27.05.2025
“BYD” avtomobillərin qiymətini kəskin endirdi
13:21 27.05.2025
İsrail Prezidenti Azərbaycanı təbrik etdi
12:39 27.05.2025
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik: “İttifaq səviyyəsinə yüksələn münasibətlərimiz bizi sevindirir”
12:24 27.05.2025
"İlham Əliyevin regionda sülhün bərqərar olunması üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk"
12:22 27.05.2025
Vladimir Putin İlham Əliyevi təbrik etdi
12:19 27.05.2025
Diplomatik korrespondensiyanın daşınması qaydası təsdiqləndi
12:17 27.05.2025
Ançelotti Neymarı Braziliya millisindən niyə çağırmadı?
12:08 27.05.2025
“Barselona”nın gələcəyi Yamal üzərində qurulur – Ulduz futbolçu gedir, yoxsa qalır?
11:54 27.05.2025
İspaniya Kralı Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
11:51 27.05.2025
İnsandan daha əvvəl mövcud olan qurğu üzə çıxdı
11:41 27.05.2025
Yerin dərinliklərində gizli XƏZİNƏ: Alimlər nüvədən səthə qalxan qızıl izlərini aşkar etdilər
11:38 27.05.2025
"Ukrayna Azərbaycan üçün Avropada əsas enerji qovşağına çevrilməyə hazırdır"
11:34 27.05.2025
UEFA prezidenti dünya çempionatının 64 komandaya qədər genişləndirilməsi ideyasını sərt tənqid etdi
11:18 27.05.2025
Pirşağı çimərliyində suiti cəsədləri aşkarlandı
11:13 27.05.2025
İbizada dincələn Mahir Emrelinin danışıqlar apardığı Almaniya klubları açıqlandı
11:05 27.05.2025
Ermənistan "3+3" formatında növbəti görüşü qəbul etməyə hazır olduğunu açıqladı
10:57 27.05.2025
Fələstin Dövlətinin Prezidenti İlham Əliyevi təbrik etdi
10:56 27.05.2025
Prezident İlham Əliyev Laçında yeni turizm simvolunun təməlini qoydu – Kanat yolu şəhərin inkişafına yeni nəfəs verəcək
10:48 27.05.2025
"Üzv ölkələrdən ÜDM-in 5 faizini müdafiəyə ayırmaq barədə razılıq gözlənilir"
10:41 27.05.2025
FHN ticarət müəssisələrinə müraciət etdi: Yanğın təhlükəsizliyinə biganəlik həyatı riskə atır
10:37 27.05.2025
Ötən il "Formula 1"ə 168 milyon manat manat xərclənib
10:28 27.05.2025
Alimlər Afrika torpaqlarını quraqlıqdan xilas etməyin yolunu tapıblar – BMT dəstəyi ilə yeni strategiya hazırlanır
10:18 27.05.2025
Prezident İlham Əliyev Laçında “LATIFA” tikiş fabrikinin açılışında iştirak edib
10:15 27.05.2025
Alonso ulduz futbolçu ilə bağlı radikal qərar verdi
10:03 27.05.2025
Qarabağ Universitetinə ayrılan vəsait açıqlandı
10:02 27.05.2025
Peru Konqresi Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə bəyanat qəbul etdi
08:40 27.05.2025
Yaponiyada zəlzələ qeydə alındı
17:36 26.05.2025
Sabah Yasamalda qaz olmayacaq
17:29 26.05.2025
Suriyada terror aktları planlaşdıran İŞİD yaraqlıları saxlanılıb
17:11 26.05.2025
İndoneziya Respublikasının Prezidenti İlham Əliyevi təbrik etdi
17:08 26.05.2025
Konte "Napoli"dən gedir
16:53 26.05.2025
Rəsmi Bakı Nikol Paşinyana cavab verdi
16:31 26.05.2025
"Məktəblərdə islamofobiyanın qadınların həyatına təsiri barədə maarifləndirmə işi aparılmalıdır"
15:36 26.05.2025
"Dünyada əksər qadınlar hicaba görə qısnamalara məruz qalır"
15:17 26.05.2025
Fransa Gorusda baş konsulluq açacaq
15:12 26.05.2025
Həftə ərzində 1795.7 hektar ərazi minalardan təmizlənib
14:09 26.05.2025
İlhan Şeşen vəfat etdi
13:46 26.05.2025
Hamısı