Ukraynanın Fəxri konsulu: Fəaliyyətim ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün əlverişli şərait yaradılmasına yönələcək

Müsahibələr 15:06 10.11.2020

Noyabrın 9-da Şamaxı şəhərində Ukraynanın ilk Fəxri konsulluğu açılıb. Konsulluğun açılması iki ölkə arasındakı əməkdaşlığın yüksək dinamikasının göstəricisi olmaqla yanaşı, dövlətlərimiz arasında ticari-iqtisadi, mədəni-humanitar və regional əlaqələrin daha da genişlənməsinə əlverişli zəmin yaradır. Şamaxı şəhərinə təyin olunan Ukraynanın Fəxri konsulu Mehrəli Qasımov ilk müsahibəsini AZƏRTAC-ın bölgə müxbirinə verib. Müsahibəni təqdim edirik.

- Mehrəli müəllim, əvvəlcə özünüz barədə məlumat verərdiniz. Bu missiyanı üzərinizə götürərkən nəyi rəhbər tuturdunuz?

- Son 10 ildə həyatım Ukrayna ilə sıx bağlı olub. Taras Şevçenko adına Kiyev Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişəm. Təhsil illərində aldığım biliklər Ukrayna və Azərbaycan arasındakı əməkdaşlığın perspektivləri mövzusuna daha dərin baş vurmağa imkan yaratdı. “SOCAR”ın Ukrayna nümayəndəliyində işlədiyim müddətdə ölkələrimizin energetika, nəqliyyat, infrastruktur proqramlarında birgə layihələrin effektiv şəkildə həyata keçirilməsi kontekstində zəngin təcrübə qazanmışam.

Hesab edirəm ki, hər iki ölkə ticarət-iqtisadi, mədəni-humanitar, turizm və digər sahələrdə regional səviyyədə də ikitərəfli əməkdaşlığın fəallaşdırılması üçün böyük perspektivlərə malikdir. Bu səbəbdən artıq neçə ildir ki, böyük həvəslə ölkələrimiz və xalqlarımız arasında mövcud ənənəvi dostluq əlaqələrini real qarşılıqlı əlverişli layihələrlə möhkəmlətmək üçün onu praqmatik məzmunla zənginləşdirməyə çalışıram. Səmimi təşəbbüsümün həm Ukrayna, həm də Azərbaycanda müsbət qarşılanması mənim üçün çox xoşdur.

Oktyabrın 27-də Ukrayna və Azərbaycanda bütün razılaşdırma prosedurlarını keçdikdən sonra Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Vladislav Kanevski konsulluq patentini və Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun xidməti vəsiqəsini mənə təntənəli surətdə təqdim etdi. Həmçinin biz müvafiq saziş imzaladıq ki, bu saziş Fəxri konsulluğun və Ukrayna Səfirliyinin hesabat dövrü ərzində birgə layihələrinin həyata keçirilməsinə dair fəaliyyət ardıcıllığı və qaydasını müəyyən edir. Bunu Ukrayna və Azərbaycanın qardaş xalqları arasında münasibətlərin möhkəmləndirilməsi işində böyük nəticələrin əldə edilməsinə yönəlmiş niyyətimə dəstək verən böyük etimad kimi dəyərləndirirəm.

- Fəxri konsulun öhdəlikləri nədən ibarətdir? Nə üçün Şamaxı seçildi?

- Fəxri konsullara həm ölkələrimizin daxili normativ sənədləri, həm də beynəlxalq konsensiyalarla nəzərdə tutulan geniş öhdəliklər dairəsi, daha doğrusu isə, xaricdəki Ukrayna hüquqi və fiziki şəxslərinin hüquq və maraqlarının qorunması həvalə olunur. Azərbaycan ərazisində mənim rəhbərlik etdiyim konsulluq dairəsi Ağdaş, Ağsu, Qobustan, Göyçay, İsmayıllı və Şamaxı rayonlarını əhatə edir.

Ukraynanın Azərbaycandakı birinci Fəxri konsulluğunun Şamaxı şəhərində açılması Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana rəsmi səfərinin, həmçinin ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan birgə hökumətlərarası komissiyaların iclasları zamanı formalaşmış mövcud razılaşmaların məntiqi davamıdır. Bununla da sentyabrın 14-də qəbul edilmiş Ukraynanın yeni milli təhlükəsizlik strategiyasında regional əməkdaşlıq çərçivəsində ölkələrimiz arasında real strateji tərəfdaşlığın böyük potensialının özülü qoyulub.

Təəssüflər olsun ki, COVID-19 pandemiyasının yayılması ölkələrimizin regionları və şəhərləri arasındakı əlaqələrin inkişafını və möhkəmlənməsini müvəqqəti dayandırıb. Lakin, əminliklə deyə bilərəm ki, bu yöndə iş prioritet xarakter daşıyacaq. Konsulluğun əhatə dairəsində yerləşən Azərbaycan regionları Ukrayna ilə fəal əməkdaşlığa malik deyil. Bu regionlara potensial tərəfdaş kimi öz sənaye, elmi-tədris potensialı ilə oxşar Ukrayna regionlarını görürük. Məsələn, Vinnitsa, Jitomir, Xmelnitski və digər vilayətlər.

Böyük İpək Yolu üzərində yerləşən, qədim ticarət mərkəzlərindən olan Şamaxı şəhəri və Kiyev Rus dövlətinin qədim paytaxtı Kiyev şəhəri əsrlərdən bəri xalqlarımız arasında qarşılıqlı əlverişli əməkdaşlıq körpüləri qurublar ki, bu ənənəni bu gün inkişaf etdirmək və zənginləşdirmək lazımdır.

Şamaxı ərazisindən Azərbaycanı Gürcüstanla və daha sonra Ukrayna üzərindən Qara dəniz regionu və Avropa qitəsindəki digər tərəfdaş ölkələrlə birləşdirən strateji əhəmiyyətli iqtisadi-nəqliyyat kommunikasiyaları keçir. Bütün Avrasiya qitəsində əmin-amanlığın birləşdirici həlqəsi olmaq ölkələrimizin tarixi missiyasıdır.

- Bu vəzifədə yaxın zamanlarda nələri həyata keçirməyi planlaşdırırsınız?

- Fəxri konsul missiyası bütün sahələrdə Ukrayna-Azərbaycan əməkdaşlığının fəallaşması ilə bağlı əlavə imkanlar təqdim edir. Ən qısa zamanda maksimal nəticə verəcək sahələrə daha çox diqqət yönəltmək istərdim. Məsələn, tanınmış muzeylərimizdə, turizm komplekslərimizdə və marşrutlarda Ukrayna dilində audio-bələdçilərin açılması Ukraynadan gələn qonaqların diqqətini Azərbaycanın zəngin mədəniyyəti və adətlərinə yönəldərdi. Ölkələrimizin tədris və təhsil müəssisələri arasındakı əməkdaşlıq tələbələrin, müəllimlərin mübadiləsini fəallaşdırır, elmi və təhqiqat təcrübəsini artırır.

Ukraynanın böyük sənaye potensialını və onun istehsalat bazasını nəzərə alaraq, Ukrayna və Azərbaycanın satılan məhsulların istehsalçıları və istehlakçıları ilə horizontal əlaqələrin qurulmasında böyük perspektivlər görürəm. Bununla əlaqədar olaraq, onların tələbatlarının ticarət evləri və ixtisaslaşdırılmış anbar/mağazalar şəbəkəsi sistemi vasitəsilə keyfiyyətli şəkildə informasiya müşayiəti qarşılıqlı ticarət həcmini artırmaq, ticarət əməliyyatlarının və Ukrayna və Azərbaycanda istehlakçılara lazımi malların çatdırılması müddətini xeyli azaltmaq imkanına malikdir.

Ukrayna Azərbaycanın neft-kimya məhsullarının ənənəvi istehlakçısıdır. Ukraynada həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrini nəzərə alsaq, Azərbaycan da trans-Avropa istiqamətləri üzrə yolların, nəqliyyat və logistika mərkəzlərinin inşası üçün lazımi neft-kimya məhsulları tədarük edərək bunların fəal iştirakçısı ola bilər. Məsələn, bu il rəhbərlik etdiyim "Bakı Biznes Qrup" şirkəti ölkəmizin kənd təsərrüfatı sektorunda əkin işlərinin karbamidlə, eləcə də Ukraynada müasir avtomobil yol infrastrukturunun tikintisi üzrə layihələrin həyata keçirilməsi üçün bitumla təmin edilməsinə dair bir sıra vacib layihələri həyata keçirib.

Biz Ukraynanın ölkəmizdə infrastruktur obyektlərinin tikintisində malik olduğu imkanlarına bələdik. Əminəm ki, bu təcrübə Azərbaycanın Dağlıq Qarabağın azad edilmiş ərazilərinin bərpasında istifadə ediləcək. Bu baxımdan, bu əməkdaşlığın sosial məzmunundan çıxış edərək, biznesin yerli hakimiyyətlə qarşılıqlı əlaqələrini fəallaşdırmağı planlaşdırıram.

Fəaliyyətimin əsas məqsədi işgüzar fəaliyyət səviyyəsinin artırılmasına, Ukrayna ilə Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün əlavə əlverişli şəraitin yaradılmasına yönəldiləcək.

- Ukraynanın Azərbaycanda birinci Fəxri konsulluğunun açılması ölkələrimiz arasında mövcud əməkdaşlığın yüksək dinamikasının göstəricisidir. Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun bu dinamikaya töhfəsi necə müəyyən ediləcək?

- Fəxri konsulun fəal işinin göstəricisi həyata keçirilmiş layihələr olacaq. Qarşılıqlı faydalı əməkdaşlığa töhfəmin əsas göstəriciləri sırasında ölkələrimizin iqtisadi subyektləri arasında bağlanmış müqavilələrin sayı, Ukrayna məhsullarının Azərbaycan bazarına ixracının artması, Ukraynadakı Azərbaycan investisiyaları, əməkdaşlığın müxtəlif sahələrindəki münasibətlərin ikitərəfli dinamikası olacaq. Bu məqsədlə Ukrayna müəssisələrinin iş təklifləri, investisiya layihələri, Ukrayna və Azərbaycanda keçirilən sərgilər, biznes forumlar, konfranslar haqqında məlumat yaymaq üçün Ukraynanın Azərbaycandakı səfirliyi ilə səmərəli qarşılıqlı əlaqədə olmaq niyyətindəyəm.

Fəxri konsulluq tenderlərin keçirilməsi, konsulluq dairəsi ərazisində dövlət satınalmaları, yerli Azərbaycan müəssisələrinin işgüzar əməkdaşlıq təklifləri barədə məlumat toplayacaq və ötürəcəkdir. Müvafiq məlumatlar Ukrayna Xarici İşlər Nazirliyi yanında İxracatçılar və İnvestorlar Şurası çərçivəsində hazırlanacaq və iki ölkənin aparıcı işgüzar dairələri arasında yayılacaq.

Ukraynanın Fəxri konsulunun öhdəlikləri və vəzifələri onun işinin nəticələrini ümumiləşdirmək üçün meyarları göstərir. Hər ilin əvvəlində Fəxri konsul kimi fəaliyyətimin nəticələrinə dair Ukrayna Xarici İşlər Nazirliyinə hesabat təqdim edəcəyəm. Bundan sonra Ukrayna tərəfi Fəxri konsulun funksiyalarını yerinə yetirməkdə və Ukrayna-Azərbaycan əməkdaşlığının genişləndirilməsi üzrə ümumi prosesində səmərəliliyimə və "dinamikliyimə" dair qərar verir.

- Müsahibəyə görə təşəkkür edirəm.

- Sağ olun.

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü BAŞLADI
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
Hamısı