"Stratfor"un yaydığı sirli Türkiyə proqnozu Təxribat, yoxsa reallıq?

Müsahibələr 15:09 11.02.2021

ABŞ-ın Stratfor beyin mərkəzi bu yaxınlarda rəsmi internet saytında Türkiyənin yaxın gələcəyə doğru artmaqda olan nüfuzunu əks etdirən maraqlı bir xəritə paylaşıb. Xəritədə, Qafqaz, Rusiya işğalı altında olan Ukraynanın Krım bölgəsi, Orta Şərq və Asiya 2025-ci ilədək Türkiyənin nəzarəti altında birləşərək göstərilir.

Eurasia Diary xəritə ilə bağlı və eyni zamanda Türkiyənin siyasi mövqeyi haqda fikirlərini öyrənmək üçün türkiyəli jurnalist, siyasi ekspert Engin Özerə müraciət edib.

ABŞ-ın Stratfor beyin mərkəzi, Türkiyənin 2050-ci ilə qədər Şimali Qafqaz, Asiya və Yaxın Şərqdə artacaq nüfuzuna dair maraqlı bir analitik xəritə paylaşıb. Bu barədə nə deyə bilərsiniz?

Bildiyiniz kimi, ABŞ-ın Stratfor beyin mərkəzindəki mütəxəssislərin əksəriyyəti təqaüdçü məmurlar, keçmiş MKİ zabitləri və generallarıdır və onlar hər zaman analitik təhlildən çox informasiya manipulyasiyası ilə məşğuldurlar. Düşünürəm ki, Amerikada fəaliyyət göstərən bu cür siyasi analitik mərkəzlər Rusiyanın diqqətini Türkiyəyə yönəldərək onlarda qıcıq yaratmağa çalışırlar.

Türkiyə bölgədəki bütün ölkələrlə əlaqələri daha da möhkəmləndirməyə çalışır. Məsələn, Türkiyə və Rusiya Liviyada ortaq bir razılaşma əldə etdilər. Əslində, Ermənistan da Türkiyənin Qafqazdakı son əlaqələrindən çox faydalanmış oldu. Türkiyə hazırda İraq məsələsi üzərində çalışır və bundan az öncə Əfqanıstan problemi ilə əlaqədar Moskvada müzakirədə iştirak edib. Ona görə də, ABŞ-ın bu addımı Türkiyəni bölgədə hegemon və təhlükəli bir rəqib kimi göstərmək anlamına gəlir.

Xatırlatmaq istərdim ki, Stratfor 2020-ci ildə Gürcüstanla da bağlı analitik bir hesabat dərc etmişdi. Məlumata deyilirdi ki, guya Türkiyə Gürcüstanın ərazisini zəbt edərək oradan Rusiya torpaqlarına doğru hərəkət etməyə çalışır.

Türkiyənin qonşu ölkələrlə əlaqələrini gücləndirməyin yeganə məqsədi həm Türkiyənin, həm də digər ölkələrin iqtisadi inkişafına dəstək verməkdir. Stratfor analitik mərkəzinin hazırladığı xəritəyə gəlincə, bu cür məlumatları yalnız Türkiyəyə qarşı bir təhdid kimi qəbul edirəm.

Bu xəritə Ərdoğan hakimiyyəti dönəmi fonunda hazırlanıb və indiki xarici siyasətlə bağlıdır. Bəs Ərdoğan hakimiyyətdən gedərsə bu nə qədər real ola bilər?

Əslində belə bir xəritə hazırlamaq heç də çətin deyil. Daha əvvəl də qeyd etdiyim kimi Amerikadakı mərkəzlərin fəaliyyəti Türkiyəni digər ölkələrə təhlükəli bir rəqib kimi təqdim etməkdir.

Əlbəttə, Amerikanın mövqeyi Ərdoğan hökuməti üçün problem yaratmır. Bu, sadəcə Türkiyənin daxili və xarici işlərinə qarşı təbliğatdır və bu xəritənin Türkiyənin strateji planına daxil olduğuna inanmıram.

Dağıstan və Ukraynanın Krım bölgəsi de-fakto Rusiya ərazisidir və təsir dairəsindədir. Belə olduğu təqdirdə Rusiyanın buna reaksiyası necə olacaq?

Əvvəla xəritənin doğru olduğunu isbat etmək üçün Rusiyanın bir hissəsi olan bu ərazilərin Türkiyəyə yaxınlıq kimi tələbləri olmalıdır. Ancaq belə bir tələb mövcud deyil və bu xalqların belə bir niyyəti də yoxdur. Xüsusilə, xəritədə göstərildiyi kimi, bu ərazilər Krasnodar və Stavropol kimi rusların sıx olduğu bölgələri əhatə edir və belə bir iddia əsassızdır.

Ümumiyyətlə, son vaxtlar ictimaiyyət arasında yayılan ‘Böyük Turan Dövləti’ ifadəsi də Amerikanın təxribat planının bir hissəsidir. Bu həm də Rusiyada Türkiyəyə qarşı panika yaratmaq üçün hazırlanmış bir təbliğatdır. Bu səbəbdən bu cür fikirlərin yayılmasının Türkiyəyə qarşı bir addım olduğunu düşünürəm.

Məlumdur ki, türkdilli xalqların çoxu Asiya qitəsində yaşayır. Sizcə, türklər nə vaxtsa birləşərək qitənin çox hissəsinə sahib olan Rusiyada daha böyük nüfuza sahib ola bilərmi?

Əslində, Türkdilli ölkələrin siyasi və ticarət əlaqələrini inkişaf etdirmək, eyni zamanda təhlükəsizliyi təmin etmək üçün birləşməsi mümkün ola bilər. Ancaq həmin dövlətlərin birləşdirilərək bir mərkəzdən idarə olunması tamamilə fərqli bir məsələdir. Əslində, məncə, türkdilli ölkələrin birləşməsi çox yaxşı bir addımdır. Əlbəttə Rusiya ilə qarşı-qarşıya gələrək deyil, Türkiyənin Azərbaycanla, eləcə də Rusiya ilə ortaq münasibətləri kimi digər türkdilli ölkələrlə də eyni münasibətlər qurmaq mümkündür.

Məncə, bunun əksinə düşünmək bölgədəki sabitliyə ciddi ziyan vura bilər. Nəticədə bu cür fikirlər ölkələri Amerikanın oyununda alətə çevirə bilər. Radikal millətçi fikirlərin tərəfdarı kimi deyil, mütərəqqi biri olaraq inaniram ki, Türkiyə 2050-ci ilədək xəritədəki ölkələrlə daha yaxın siyasi və iqtisadi əlaqələr quracaqdır.

Elnur Ənvəroğu 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh
22:36 13.06.2025
İran İsrailə raket hücumuna başladı
21:27 13.06.2025
İRİA Astara rayonunda havanın radiasiya çirklənməsi səviyyəsini tədqiq edir
21:21 13.06.2025
"Silahları Ermənistan silahlı qüvvələrindən onların tərkib hissəsi kimi alırdıq"
20:46 13.06.2025
Xameneinin iqamətgahı raketlə vurulub
20:42 13.06.2025
"Azərbaycan BVF ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır"
20:14 13.06.2025
"Barbie" istehsalçısı süni intellekt əsaslı oyuncaqlar yaradacaq
19:02 13.06.2025
İsmayıl Qaani öldürülüb
18:58 13.06.2025
Putin İran Prezidenti və İsrail Baş naziri ilə telefon danışıqları aparıb
18:36 13.06.2025
Azərbaycan İrandan təxliyələrə kömək edir
17:34 13.06.2025
Tudor "Yuventus"-da qalacaq
17:29 13.06.2025
Camal Hill Bakıya gələ bilməyib
17:07 13.06.2025
"Qərbi Azərbaycana qayıdışın koordinasiya mərkəzi gələcəkdə Naxçıvan ola bilər"
17:03 13.06.2025
Laçın şəhərinin Baş planı təsdiqləndi
16:58 13.06.2025
“Uber Azərbaycan” cərimələndi
16:56 13.06.2025
"Ermənistan eyni vaxtda Aİİ və Aİ üzvü ola bilməz"
16:49 13.06.2025
BMT Təhlükəsizlik Şurası gün ərzində İsrailin İrana zərbəsi ilə bağlı müzakirələr keçirə bilər
16:41 13.06.2025
Qarabağda klaster yanaşmalı yeni turizm məhsulları formalaşdırılır
16:40 13.06.2025
MÜTDA “Son zəng” tədbirləri ilə bağlı çağırış edib
16:34 13.06.2025
"İsrailin İrandakı əməliyyatı 14 gün davam edəcək"
16:26 13.06.2025
"Azərbaycan və Çin arasında viza rejiminin ləğvi də bu mənada turizm sənayesini inkişaf etdirmək, iqtisadi, mədəni əlaqələrin daha da genişləndirilməsinə təkan olacaq"
16:13 13.06.2025
Bəlaya çevrilən mərəz: İnsan necə olur ki, xərçəng tutur? - Tibbi ekspert
16:04 13.06.2025
"Natanzdakı nüvə obyekti ciddi şəkildə zədələnib"
16:02 13.06.2025
İsraildə nazirlərə "WhatsApp"dan istifadə qadağan olundu
15:52 13.06.2025
İsrail diplomatik missiyalarının fəaliyyətini dayandırır
15:45 13.06.2025
İran raket proqramına nəzarət edən yüksək vəzifəli generalın ölümünü təsdiqləyib
15:44 13.06.2025
“Şahdağ”da yeni xizək yolu inşa edilir
15:36 13.06.2025
"Cənubi Qafqaz-Avropa enerji inteqrasiyası zəmanətlərin verilməsi ilə həyata keçirilə bilər"
15:34 13.06.2025
“Regionlararası enerji infrastrukturuna dəstək üçün qəti addımların vaxtıdır”
15:31 13.06.2025
ÜTT-yə üzvlük çərçivəsində Azərbaycan ilə Çin arasında protokol imzalanacaq
15:29 13.06.2025
"srailin İrana hərbi hücumları təxribatdır"
15:17 13.06.2025
"Avropa triosu" Yaxın Şərqdəki vəziyyəti müzakirə edir
15:06 13.06.2025
Karaburunda meşə yanğını baş verib
15:03 13.06.2025
Çində Azərbaycanın rəsmi turizm ofisi açılacaq
14:55 13.06.2025
AZAL Bakıdan Mumbai, Dammam və Lahora reysləri ləğv edib
14:53 13.06.2025
" İranın cavabı İsraili peşman edəcək"
14:46 13.06.2025
MEDİA İsrail-İran münaqişəsinə dair çağırış edib
14:34 13.06.2025
İsrailin Təbrizə hücumu nəticəsində 5 nəfər ölüb, daha 12 nəfər yaralanıb
14:32 13.06.2025
"Ermənistanda Rusiya qoşunlarının mövcudluğundan imtina etmək niyyətində deyilik"
14:31 13.06.2025
Azərbaycan hərbi təyarələri İranla sərhəddə uçuş etmir - RƏSMİ
14:29 13.06.2025
Hamısı