Azərbaycan hökuməti Beynəlxalq Valyuta Fondu (BVF) ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
“EDnews” xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev BVF-də Azərbaycanın daxil olduğu Seçki Qrupu üzrə İcraçı Direktoru Patrik Loşevski ilə virtual formatda keçirilən görüşdə vurğulayıb.
Görüşdə Fond tərəfindən təqdim olunan texniki yardım proqramlarının və məsləhət xidmətlərinin Azərbaycanda makroiqtisadi sabitliyin və fiskal idarəetmənin gücləndirilməsinə mühüm töhfə verdiyi qeyd olunub.
Tərəflər Azərbaycanın dövlət maliyyə idarəçiliyi, fiskal siyasət sahəsindəki prioritetlər və həyata keçirilən islahatlar gündəliyini müzakirə ediblər. Həmçinin bu istiqamətdə gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.