İsrail İrana qarşı əməliyyatı 14 gün ərzində aparmağı planlaşdırır.
“EDnews” xəbər verir ki, bu barədə "The Wall Street Journal" yüksək rütbəli İsrail rəsmisinə istinadən yazıb.
Nəşrin məlumatına görə, bir zərbə dalğası Tehranın nüvə proqramına "kifayət qədər ziyan vurmaq" üçün yetərli olmayacaqdı.
Cavab hücumu imkanını məhdudlaşdırmaq üçün İsrail eyni zamanda İran rəhbərliyinə, silah anbarlarına və strateji obyektlərinə zərbə endirməyi planlaşdırır.