"Silahları Ermənistan silahlı qüvvələrindən onların tərkib hissəsi kimi alırdıq"

Siyasət 20:46 13.06.2025

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 13-də davam etdirilib.

“EDnews” AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyana Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov tərəfindən növbəti suallar verilib.

L.Mnatsakanyan 2015-2018-ci illərdə qondarma rejimin "ordu komandanı", 2018-2019-cu illərdə "fövqəladə hallar xidmətinin rəisi", 2019-cu ilin iyunundan 2020-ci il iyunun əvvəlinədək "polis rəisi" işlədiyini, sonra təqaüdə çıxdığını bildirib və əlavə edib: "Vəzifədən" azad olunduqdan sonra mən heç bir ictimai və rəsmi yerdə işləməmişəm, polis təqaüdçüsü olmuşam".

L.Mnatsakanyan "vəzifədən azad olunması"nı Ermənistanın Yerqirabad Könüllülər Birliyinin sədri Sasun Mikayelyanın dediklərinə cavab verməsi ilə əsaslandırıb.

O, "Hansı vəzifəli şəxsin əmri ilə azad olundunuz?" sualına "baş nazirin iştirakı ilə Ermənistan prezidentinin" cavabını verib. Əlavə edib ki, həmin vaxt Ermənistanda baş nazir vəzifəsini Nikol Paşinyan, prezident vəzifəsini isə Armen Sarkisyan tutub.

Təqsirləndirilən şəxs dövlət ittihamını müdafiə edən prokurorun suallarını cavablandırarkən 2020-ci ildə 44 günlük müharibə zamanı qondarma qurumun "prezidenti" Arayik Arutyunyanın istəyi ilə bir neçə istiqamətdə olduğunu bildirib.

Belə ki, A.Arutyunyan müharibə zamanı ona ayrı-ayrı vaxtlarda iki dəfə müraciət edərək təhlükəsizlik, mülki müdafiə işləri ilə əlaqədar yerli "hakimiyyət orqanları"na kömək etməsini və artilleriyanın vəziyyətini yoxlamasını istəyib. L.Mnatsakanyan da öz növbəsində qeyd olunanlarla bağlı Hadrut, Suqovuşan və digər istiqamətlərdə olub.

Bundan sonra məhkəmədə L.Mnatsakanyanın da iştirak etdiyi və 44 günlük müharibə dövründə Şuşakənd orta məktəbində hərbçilərin keçirdikləri müşavirənin videoyazısı nümayiş olunub.

Müşavirədə çıxış edən qondarma rejimin 1994-2000-ci illərdə "ordu komandanı" olmuş Samvel Babayan (qondarma rejimin keçmiş "müdafiə naziri", keçmiş "təhlükəsizlik şurasının katibi" - red.) hərbçilərə tapşırıq verərək, rəqibi Şuşada mühasirəyə almaq üçün hazırlanan hücum əməliyyatının planını izah edir. O, xəritədə konkret yerləri göstərərək orada minalanmış sahənin olduğunu deyir. Bildirir ki, həmin sahəni keçməyin. Samvel Babayan üzünü hərbçilərə tutaraq bildirir ki, Qarabağın taleyi sizin sabahkı fəaliyyətinizdən asılıdır. Kim hansı tapşırığı alırsa, onu da icra etməlidir. Əməliyyat formal deyil və əgər baş tutmasa, Qarabağla vidalaşıb İrəvana getməliyik. Getmək üçün də Azərbaycanın icazə verib-verməyəcəyi bəlli deyil.

O qeyd edir ki, sürət əsas tapşırıqdır və tez bir zamanda lazım olan mövqelər tutulmalıdır. Samvel Babayan səhər saat 6-da hadisə yerində olmağı, 7-də isə artilleriyanın işə düşəcəyini, hücuma keçəcəklərini söyləyir.

Məhkəmədə Levon Mnatsakanyan həmin müşavirədə iştirakını təsdiqləyərək deyib ki, kadrlar 2020-ci il noyabrın 5-də çəkilib.

Müşavirəni Samvel Babayan keçirib. Cavabdeh şəxs də S.Babayan olub. Müşavirədə 3 taborun "komandiri" iştirak edib. L.Mnatsakanyan həmin yerə bir gün əvvəl getdiyini bildirib. Əlavə edib ki, məqsəd 3 taborun gücü ilə hücum edib Çanaqçı, Daşaltı, Şuşa istiqamətlərində yolu bağlamaq olub. Yəni, qüvvələr bölünməli, rəqib bütün təminat növlərindən məhrum edilməli idi. Müşavirə rəhbərinin fikrincə, uğurlu əməliyyat nəticəsində Şuşanı gələcəkdə müdafiə etmək daha asan olacaqdı. Əməliyyat səhər saat 6-da başlamalı idi. Amma rəhbər heyət getdikdən sonra orada qalan komandirlər plandan narazılıqlarını bildirərək, bunun üçün hazır olmadıqlarını və hazırlaşmaq üçün vaxt verilmədiyini bildiriblər.

L.Mnatsakanyan deyib ki, əməliyyat baş tutmayıb. O, müşavirənin iştirakçılarından birinin həmin vaxt ordu tərəfindən Şuşa istiqamətində "məsul şəxs" təyin edilən Artur Arutyunyan olduğunu qeyd edib.

Dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən şəxsin əvvəlki ifadələrinə istinad edərək onun "İskəndər M", "Smerç", "Elbrus" və "Toçka U" raketlərinin qondarma rejimin "ordusu"nun arsenalında olmaması barədə fikirlərini xatırladıb. Ardınca həmin raketlərin Azərbaycanın yaşayış məntəqələrinə, mülki infrastruktur obyektlərinə atılması barədə əmrin kim tərəfindən verildiyini soruşub.

L.Mnatsakanyan sualı belə cavablandırıb: "Bu silahlar Ermənistan Respublikasının silahlı qüvvələrində Raket qoşunlarının artilleriya idarəsindədir və onlar idarə edirlər. İndi orada hansı qaydalar var, onu artıq bilmirəm. Ermənistan Respublikasının qanuna görə, Ermənistan Respublikasının Təhlükəsizlik Şurası tərəfindən sənədlər paketi təsdiqlənir".

O, qondarma rejimin silah idxalına dair heç bir dövlətlə müqaviləsi bağlamadığını da vurğulayaraq deyib: "Mən "ordu komandanı" olduğum dövrlə (2015-2018-ci illərdə red.) bağlı cavab verim. Heç bir ölkə ilə müqavilə bağlanılmayıb, heç bir silah-sursat idxal etməyib. Silahları yalnız Ermənistan silahlı qüvvələrindən onların tərkib hissəsi kimi almışıq".

Baş prokurorluğun Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran təqsirləndirilən şəxs Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində döyüşmək üçün Rusiyadan, Livandan, Amerikadan, Fransadan, Suriyadan, Kanadadan, Avstraliyadan, İspaniyadan, Avropanın müxtəlif ölkələrindən erməniəsilli şəxslərin gəldiyini bildirib.

O, digər suallara cavab verərkən Aprel döyüşləri zamanı silahlı birləşmələrin ehtiyatda olan dəstələrinin Ağdam və Xaçınçay istiqamətlərinə yerləşdirilməsi ilə bağlı əmrin özü tərəfindən verdildiyini deyib.

L.Mnatsakanyan Aprel döyüşləri zamanı şimal və cənub istiqamətlərində artilleriya üzrə cavabdeh olmuş şəxslərin adlarını da açıqlayıb: "Briqada komandiri Qriqori Sahakyan, artilleriya rəisi Gena Baqdasaryan idi".

O, prokurorun suallarını cavablandırarkən 2016-cı ildə Aprel döyüşlərindən bir qədər sonra Ermənistan Respublikasının prezidenti Serk Sarqsyanın Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərinə səfər etdiyini təsdiqləyib və deyib: "Ermənistan Respublikasının prezidenti hər il Qarabağa səfər edirdi və səfər çərçivəsində hərbi hissələrə də gəlirdi. Bu, 2016-cı ildə istisna təşkil etməyib. Yəni həmin ildə də gəlib, hərbi hissəyə səfər edib".

O həmçinin qondarma rejimin "ordu komandanı" olduğu dövrdə bu səfərlərdə Ermənistan prezidentini müşayiət etdiyini də bildirib.

Təqsirləndirilən şəxs Aprel döyüşlərində iştirak edən hərbçilərin bir qisminin təltif olunduğunu da diqqətə çatdırıb.

L.Mnatsakanyan minalar basdırılandan sonra tərtib olunan xəritələrlə bağlı sualı da cavablandırıb. O deyib: "Minalanmış sahələrin xəritələri "yuxarı"ya - Ermənistan silahlı qüvvələrinin Mühəndis qoşunları idarəsinə gedirdi. Amma formulyarları dəqiq bilmirəm".

Ardınca təqsirləndirilən şəxs müdafiəçilərin suallarını cavablandırıb.

Məhkəmə iclasında dövlət ittihamçısı Vüsal Abdullayev təqsirləndirilən şəxs David Manukyana suallar verib. Lakin D.Manukyan sualların əksəriyyətini cavablandırmaqdan yayınıb.

Təqsirləndirilən şəxs azərbaycanlı əhalinin evlərindən didərgin salınmasında iştirak etmədiyini iddia edib.

O, mina basdırılması barədə sualı cavablandırarkən "Biz onları basdırmışdıq ki, ön xətti keçə bilməsinlər" deyib.

Məhkəmə prosesi iyunun 19-da davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Koçaryan Robert Sedraki, Sarqsyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni Arutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

12:06

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

Xatırladaq ki, ötən prosesdə vaxtilə işğal altında olan ərazilərdə mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb.

Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

"Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırıla bilər"
15:07 14.06.2025
"Azərbaycan ərazisindən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil"
15:05 14.06.2025
" İran-İsrail münaqişəsinə görə Ukrayna üçün əlavə risklər yaranıb"
14:59 14.06.2025
"Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb"
14:31 14.06.2025
İranda daha üç nüvə alimi öldürülüb
14:07 14.06.2025
Bakıda ekstazi həblərini toz formasında satmaqda şübhəli bilinən şəxslər saxlanılıb
14:03 14.06.2025
"Tehran yandırılacaq"
14:01 14.06.2025
"ABŞ İsrailə mane olmayacaq"
13:58 14.06.2025
Beyləqanda bazarda YANĞIN - 16 nəfər xəstəxanaya hospitalizasiya olunub
13:46 14.06.2025
Hindistanda baş verən aviaqəza ilə bağlı iddia: Köməkçi pilot səhvən yanlış qolu qaldırıb?
13:35 14.06.2025
Tarixi-mədəni abidələrin vahid pasport sistemi yaradıldı
13:21 14.06.2025
Rusiya XİN Azərbaycana təşəkkür etdi
13:18 14.06.2025
Roma Papası İran və İsraili ağıllı davranışa çağırıb
13:03 14.06.2025
" Avropa İttifaqı haradadır? "
13:02 14.06.2025
Bakıdan Qazaxa sürətli qatarlarla sərnişindaşımaya başlanacaq
12:59 14.06.2025
"Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur"
12:23 14.06.2025
İsrailin zərbəsi nəticəsində 60 nəfər öldü
12:02 14.06.2025
Devid Bekhem "cəngavər" oldu
11:46 14.06.2025
Polşa Prezidenti Sinqapurdan qayıda bilmir
11:32 14.06.2025
70 minə yaxın namizəd MİQ imtahanı verəcək
11:27 14.06.2025
II Türk Ticarət Sərgisi: Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisindən Reportaj
11:17 14.06.2025
İranın Baş Qərargah rəisinin iki müavin həlak olub
11:08 14.06.2025
İranın iki raketi İordaniya və Suriyaya düşüb
11:05 14.06.2025
"ABŞ ilə nüvə danışıqları artıq mənasızdır"
11:04 14.06.2025
Tramp və Zelenski NATO sammitində görüşməyəcək
11:03 14.06.2025
Kürdə suyun səviyyəsi arıtb
10:43 14.06.2025
Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...
10:38 14.06.2025
Son hədəf Türkiyədir Xanəmir Telmanoğlu yazır...
10:13 14.06.2025
Azərbaycan neftinin qiyməti 77 dolları ötüb
09:25 14.06.2025
Vyetnam BRICS-ə qoşuldu
09:08 14.06.2025
Qızıl və gümüş bahalaşdı
09:07 14.06.2025
İran İsrailə yardım edən dövlətlərin bazalarını "vuracaq"
09:01 14.06.2025
"Fənərbaxça" Neymarı istəyir
05:43 14.06.2025
"Hollivudda xaos hökm sürür"
04:58 14.06.2025
Ağ ev “SpaceX”lə dövlət müqavilələrini yenidən nəzərdən keçirir
02:28 14.06.2025
Gündə nə qədər gilas yemək olar? - Həkimdən vacib tövsiyələr
02:01 14.06.2025
İran İsrailə qarşı yeni zərbələr dalğasına başlayıb
01:42 14.06.2025
“Fitch” Azərbaycan iqtisadiyyatının 3,5 % artacağını proqnozlaşdırır
01:04 14.06.2025
Tom Kruzun üzünə nə olub? Həkimlər dəri xərçəngindən şübhələnirlər
01:03 14.06.2025
“Ayaks” “Liverpul”un qapıçısını icarəyə götürməyə yaxındır
00:34 14.06.2025
Hamısı